Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-728/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1, X1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 09 aprel 2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İcra vərəqəsi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə daxil olduqdan sonra cavabdeh şöbəyə dəvət olunmuş, xx.xx.2024-cü il tarixdə rəsmi olaraq tələbin könüllü icrası haqqında bildiriş tərəfindən imzalanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı X6 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 600 kv.m. olan bağ evinə köçürülməsi qərara alınmışdır. Fevral ayında həmin ünvana getmək üçün icra sənədi təmin olunmuş, bu barədə rəsmi olaraq tərəflərə məlumat verilmiş, lakin cavabdeh şəxs Şəxs ünvanın qapısını açmamışdır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 600 kv.m. olan bağ evi ona məxsus deyildir. 2003-cü ildə həmin sahədə 10 ha torpaq sahəsi olmuş, lakin 2017-ci ildə həmin torpaq sahəsini başqa bir şəxsə satmışdır. Hal-hazırda sözügedən ünvanda qardaşı yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 600 kv.m. olan bağ evinin ona məxsus olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X3 Eldar Həmid oğlu ilə aralarında heç bir razılığın əldə olunmadığını qeyd edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 600 kv.m. olan bağ evinə köçürülməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi 4 aydır ki, icra olunmur. Şəxs 2-ci dəfədir ki, qərəzli olaraq icraya maneəçilik törədir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı X9 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 600 kv.m. olan bağ evinə köçürülməli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 401A nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 hektar torpaq sahəsində 3 mərtəbəli, 600 kv.m sahəsi olan bağ evinə iddiaçı X6 1/2 hissədə pay hüququ tanınmalı, cavabdeh Şəxs «ROSENTHAL» nahar dəsti 24 person - dəyəri 1400 ABŞ dolları, servis «ROSENTHAL» çay dəsti 24 person -dəyəri 600 ABŞ dolları, servis <<Napoleon>> 6 persona, çay dəsti- dəyəri 1800 ABŞ dolları, mətbəxdə LUMİNARC badələri 24 ədəd-200 manat, mətbəxdə SKANDİNAVİYA badələri 16 ədəd-200 manat, qəhvə servisi, əntiq LFZ 6 ədəd antikvariat "made in SAİNT PETERSBURG", qızılı çay servisi əntiq rubinlərlə 6 person, servis İVOİRE VİLLEROY BOCH 12 person, nahar üçün dəst, 12 person çay üçün dəst 2000 ABŞ dolları, çəngəl, bıçaq dəsti "made in Germany" (yeni) 12 person-120 ABŞ dolları, çəngəl, bıçaq dəsti "made in Germany" (işlənmiş) - 12 person-120 ABŞ dolları, böyük farfor fiqurlar 2 ədəd, biri 150 ABŞ dolları, biri antik cehiz, VİLLEROY BOCH böyük vazaları 2 ədəd-120 ABŞ dolları, VİLLEROY BOCH stakanaltıları - 12 ədəd-180 ABŞ dolları, ağ ROSENTHAL vaza-150 ABŞ dolları, çəhrayı rəngli ROSENTHAL vaza-150 ABŞ dolları, VİLLEROYBOCH dekorativ "petuşok" vaza- 100 ABŞ dolları, LUMİNARC nahar üçün dəst 4 servis: ağ 24 person-100 ABŞ dolları, ağ-qara 12 person-100 ABŞ dolları, ağ zolaqlı 12 person-50 ABŞ dolları, ağ qırmızı güllərlə 12 person-100 ABŞ dolları, servis nahar üçün dəst rəngi boz bənövşəyi güllərlə 24 person-150 ABŞ dolları, billur (xrustal) stakanlar 16 ədəd-150 ABŞ dolları, MLLHİOR dəsti qədimi 24 person-cehiz, servis VİLLEROY BOCH NEW WAVE nahar və çay üçün dəst 10 və 6 person-1500 ABŞ dolları, servis WEİMAR cobalt nahar üçün dəst 12 person 5000 ABŞ dolları, servis WEİMAR cobalt çay dəsti - 12 person 2500 ABŞ dolları, servis WEİMAR nahar dəsti ağ qızılı-6 person-2500 ABŞ dolları, servis nahar dəsti "made in England" - 12 person- 1000 ABŞ dolları, VİLLEROY BOCH qabları - 4 ədəd-200 ABŞ dolları, VİLLEROY BOCH nimçələri - 4 ədəd 100 ABŞ dolları, VİLLEROY BOCH konfet qabı 4 ədəd-100 ABŞ dolları, VİLLEROY BOCH su badələri - 6 ədəd-170 ABŞ dolları, VİLLEROY BOCH şərab badələri - 6 ədəd-170 ABŞ dolları, VİLLEROY BOCH viski üçün badələr - 6 ədəd 170 ABŞ dolları, böyük büllur qızılı badələr- 6 ədəd 300 ABŞ dolları, kiçik büllur qızılı badələr 6 ədəd 180 ABŞ dolları, WEİMAR qabları 6 ədəd-1000 ABŞ dolları, WEİMAR nimçələr -20 ədəd-1200 ABŞ dolları, Kuznetsov antikvariat nimçələr - 6 ədəd-cehiz, Kuznetsov antikvariat qabları - 2 ədəd, VİLLEROY BOCH şampan badələri 6 ədəd 100 ABŞ dolları, qədimi balıq qarnituru (1 qab, 6 nimçə, 1 sous qabı), NACHTMAN badələri 36 ədəd-500 ABŞ dolları, VİLLEROY BOCH qızılı çəngəl bıçaq dəsti - 2 qabda 600 avro, COSTA BODA büllur heykəllər 7 ədəd-500 ABŞ dolları, SWAROVSKİ fiqurları 15 ədəd- 1000 ABŞ dolları, VİLLEROY BOCH milad fiqurları - 4 eded-200 ABŞ dolları, yarpaq şəkilli qablar 2 ədəd 100 ABŞ dolları, VİLLEROY BOCH tort üçün qablar 2 ədəd 250 ABŞ dolları, ROSENTHAL qabları 2 ədəd və ROSENTHAL çaydan 1 ədəd-200 avro, Alman qazanları dəsti metal keramika 4 ədəd-200 ABŞ dolları, Alman tava dəsti 7 aced 200 ABŞ dolları, Alman alüminium dəsti - 4 ədəd-150 ABŞ dolları, LLADRO fiquran 3 ədəd-1500 ABŞ dolları, əntiq 2 böyük vaza və 1 MEİSSEN qab, Çex büllur 4 quit Çex büllur 2 vaz, Bohemia vazları 4 ədəd, böyük qədimxalçalar 5 ədəd, müasir xalçalar 5 ədəd 600 ABŞ dolları, VİLLEROY BOCH sini-100 ABŞ dolları, VİLLEROY BOCH çəngəl bıçaq dəsti 240 ABŞ dolları, büllur rəngli vazalar 2 eded-200 ABŞ dolları, VİLLEROY BOCH vaz və şamdan dəsti-100 ABŞ dolları, ROSENTHAL şamdan 2 ədəd və çərçivə 100 ABŞ dolları, VİLLEROY BOCH keramik şamdan 3 ədəd 150 ABŞ dolları, ROSENTHAL parafin şamdan 1 ədəd- 100 ABŞ dolları, çini saat, qədim mis şərab şüşəsi 6 ədəd, bağ evinin 1-ci mərtəbəsində yerləşən piano-1800 ABŞ dolları, bağ evinin ikinci mərtəbəsində İtaliya istehsalı olan şüşə mebel masa 10 göy rəngli oturacaqlar, servant, qorka-10.000 avro, bağ evinin ikinci mərtəbəsində göy rəngli mebel jurnal masası ilə "made in Turkey"-5000 ABŞ dolları, iddiaçının oğlunun yataq mebeli "made in Turkey"- 3000 ABŞ dolları, iddiaçının qızının yataq mebeli "made in Turkey"-3000 ABŞ dolları, iddiaçının yataq otağı "made in Turkey"- 3000 ABŞ dolları, televizorlar 4 ədəd- 6000 manat, böyük televizor 1 ədəd-2000 manat, bağ evinin 2-ci mərtəbəsində yerləşən künc qorkası 800 ABŞ dolları, qonaq otağının mebeli-8.000 ABŞ dolları, bağ evinin birinci mərtəbəsində kamin olan yerdə mebel (2 qorka, yumşaq ağ- süd rangli divan, ağ ağacdan ayaqları olan jurnal masası, ağ rəngdə ağacdan olan servant)-3000 ABŞ dolları, bağ evinin birinci mərtəbəsində qonaq otağında böyük masa və 12 ədəd oturacaq -1200 ABŞ dolları, bağ evində narıncı-qara rəngdə olan mətbəx mebeli, 2 ədəd soyuducu-10.000 ABŞ dolları, gümüşü şəkillər, iddiaçının özünün və qızının paltarları - 30 ədəd, dəri paltarlar 2 ədəd, iddiaçının və qızının paltoları - 6 ədəd, gödəkçələr 8 ədəd, çəkmələr 10 ədəd, ayaqqabılar 30 cüt, çanta LOUİS VUİTTON 1800 ABŞ dolları, çanta GUCCİ 1000 ABŞ dolları, çanta DOLCE 1000 ABŞ dolları, klatç (çanta) GUCCİ-300 ABŞ dolları, klatç (çanta) DOLCE-350 ABŞ dolları, eynək CHOPARD-700 ABŞ dolları, eynək BULGARY 700 ABŞ dolları, eynək DİOR 500 ABŞ dolları, eynək DİOR 150 ABŞ dolları, çanta DİOR-2200 ABŞ dolları, xəz jaket-400 ABŞ dolları, krossovkalar LOUİS VUİTTON (1 ədəd) ve BURBERRY(1 ədəd), iddiaçının qızının otağında ətirlər 2 ədəd CHANEL, 1 HERMES, MONTALE 2 ədəd, AGENT TOM FORD, TOM PROVOCATARE, SHİSEİDO, SALVADORE DALİ, AMOUAGE, GUERLAİN, GUCCİ, DOLCE GABANNA, ELİZABETH ARDEN 5 TH AVENUE, ESCADA, iddiaçının qızının otağında kosmetika – MAC, YSL, NYX, iddiaçının ətəkləri, şalvarları, pəncəkləri, yataq otağındakı və qarderobdakı paltarları, bağ evində iddiaçı və övladlarına məxsus qış geyimləri, yaxud onların dəyəri alınaraq iddiaçı X7 verilməli, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat dövlət büdcəsinə SAP (Xİİs) hesabı X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Merkezi VÕEN **********, Hesab AZ34CTRE******************** hesablaşma cavabdeh Şəxs alınaraq ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. Həmin qərar və bildiriş H.Əliyev tərəfindən rəsmi olaraq xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə X6 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 600 kv.m. olan bağ evinə köçürülməsinə maneəçilik törətmişdir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru M.Abbasov tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Beləliklə bütün qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-728/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-728/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver