Məhkəmə qərarları › İş №3(003)-733/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-733/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-733/2022 20.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxxxx 1989-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, deməsinə görə ailəli, fərdi əməklə məşğul olan və əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Göyçay şəhəri, M.F.Axundov küçəsi, ev 49-da qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə kirayədə yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 20 may 2022-ci il tarixli protokola əsasən Şəxs 19 may 2022-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində olarkən polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Qala qəsəbəsində olarkən tanışı Qamətlə telefonda danışaraq ondan borcunu tələb etmiş, Qamət onu söydüyümə görə əsəbləşərək ona qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşı yaxınlaşaraq onu bir neçə dəfə nizam-intizama dəvət etməsinə baxmayaraq o, əsəbi olduğundan əhəmiyyət verməyərək əməlini davam etdirmişdir. Bundan sonra polis əməkdaşı onu şöbəyə aparmışdır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib edən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru X1 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Qala qəsəbəsində xidmətdə olarkən şəxsiyyəti sonradan məlum olan Şəxs telefonla ucadan danışaraq nalayiq ifadələr işlətmişdir. Həmin şəxsə yaxınlaşaraq əməlinə görə ona bir neçə dəfə irad bildirmiş, lakin o, buna baxmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin şəxsi polis şöbəsinə dəvət etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində nalayiq söyüşlər söymüş, polis əməkdaşı bir neçə dəfə ondan bu əməlini dayandırmasını tələb etməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirmişdir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Əsəd Əsədovun raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Qala qəsəbəsi ərazisində xidmətdə olarkən bir nəfər şəxs telefonla danışaraq ucadan nalayiq ifadələr işlədib, söyüş söymüşdür. Ona yaxınlaşaraq əməlinə görə irad bildirib, nizamintizama dəvət etməsinə baxmayaraq o, öz hərəkətlərini davam etdirmişdir. Həmin şəxsə özünü təqdim etməsini bildirsə də o, bundan imtina etmişdir. Bu səbəbdən də onu polis şöbəsinə dəvət etmişdir. Məhkəmə Şəxs əməli etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi hesab edir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 19 may 2022-ci il saat 20:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar