Məhkəmə qərarları › İş №3(003)-734/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-734/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-734/2022 20.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər X9 və X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 232-1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510cu maddələri ilə tərtib edilmiş 20.05.2022-ci il tarixli, MN ******* saylı protokol, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 20.05.2022-ci il tarixli, MN ******* saylı protokol və həmin protokollara əlavə edilmiş sənədlər baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X11 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 03 may 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X16 ünvanında yerləşən zərərçəkmiş şəxs (qayınanası) X2 yaşadığı fərdi yaşayış evinin həyətindən 80 manat dəyərində plastik pəncərə, 40 manat dəyərində taxtalar, 14 manat dəyərində sement və 25 manat dəyərində qaz balonu oğurlamaqla D.Sefullayevaya ümumilikdə 159 manat maddi ziyan vurmuşdur. Daha sonra 04 may 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X16 ünvanında yerləşən zərərçəkmiş şəxs (qayınanası) X2 yaşadığı fərdi yaşayış evinə gələrək onu söyüb təhqir etmiş, evdən getdikdən sonra onun mobil telefonuna zəng edərək yenidən D.Seyfullayevanı söyərək təhqir etmişdir. Qeyd edilən faktlarla bağlı X1 Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə şikayət ərizələri ilə müraciət etmiş, şöbənin təhqiqatçısı Anar Hacıyevin 13 may 2022-ci il tarixli qərarı ilə X2 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə inzibati tədbirlərin görülməsi qərara alınmışdır. Bundan əlavə Şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X16 ünvanında yerləşən fərdi yaşayış evində digər zərərçəkmiş şəxs (həyat yoldaşı) X6 məxsus paltarları yandıraraq ona 600 manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd edilən faktla bağlı X3 Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, şöbənin təhqiqatçısı Anar Hacıyevin 16 may 2022-ci il tarixli qərarı ilə X5 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbirlərin görülməsi qərara alınmışdır. Daha sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri, həmçinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətaları törətmədiyini qeyd edərək, bildirmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X16 ünvanında yerləşən fərdi yaşayış evində zərərçəkmiş şəxs (həyat yoldaşı) X9 və digər zərərçəkmiş şəxs (qayınanası) X4 ilə birlikdə yaşayır. Həmin evdən inzibati protokolda qeyd edildiyi kimi 80 manat dəyərində plastik pəncərə, 40 manat dəyərində taxtalar, 14 manat dəyərində sement və 25 manat dəyərində qaz balonu oğurlamamış, yalnız özünə məxsus olan plastik pəncərə və qapını aparıb satmışdır. Həmçinin o, həyat yoldaşı və uşaqlarının deyil, özünə məxsus köhnə paltarları məhv etmək məqsədi ilə yandırdığını qeyd etmişdir. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 13 may 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 şikayəti əsasında material üzrə toplanmış cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə inzibati tədbirlərin görülməsi qərara alınmışdır. İş materiallarında olan 16 may 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X5 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə inzibati tədbirlərin görülməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və başqa məlumatlar göstərilir. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi barədə məsələləri həll edir. Məhkəmə qeyd edir ki, iş üzrə iki nəfər zərərçəkmiş şəxs olmasına və inzibati xəta haqqında protokolların məhz onların şikayət ərizələri ilə müraciətləri üzrə toplanmış material əsasında tərtib edilməsinə baxmayaraq, həmin protokollarda zərərçəkmiş şəxslərin şəxsi məlumatları (ad, ata adı, soyadı və yaşadığı ünvan) öz əksini tapmamışdır. Məhkəmə yuxarıda qeyd edilənləri inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 232-1 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019cu il-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 109, 110, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə tərtib edilmiş 20.05.2022-ci il tarixli, MN ******* saylı protokol və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə tərtib edilmiş 20.05.2022-ci il tarixli, MN ******* saylı protokol və həmin protokollara əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Hakim Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar