Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-735/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Xəzər rayon Məhkəməsini hakimi Hüseynli Hüseyn İnanc oğlu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 27 mart 2024-cü il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 27 mart 2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, X3 ilə qanuni nikaha 12 noyabr 2010-cu il tarixdə daxil olub ailə qurmuşdur. Hər ikisi Gürcüstan Respublikasının azərbaycan mənşəli vətəndaşlarıdırlar. 22 ildir ki, Azərbaycan Respublikasında yaşayırlar. Birgə nikahlarından doğulmuş 3 uşaqları vardır. Azərbaycan Respublikasında doğulmuş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən orta məktəbdə təhsil alırlar. Buzovna qəsəbəsində yerləşən ünvanda yaşayır və təsərrüfat aparırlar. İldə 4 dəfə Gürcüstan Respublikasına gedib-gəlirlər. Əri O.İbrahimov 27 mart 2024-cü il tarixdə anası Gülnarə İbrahimovanın ölüm xəbərini almış, bununla əlaqədar Gürcüstan Respublikasının Dmanisi rayonuna getməli olmuşdur. Öncə Gürcüstan Respublikası səfirliyinə pasportunun müddətinin keçməsi səbəbilə müraciət etmiş, burada ona müvəqqəti qayıdış pasportu verilmiş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməyi tövsiyyə etmişlər. Mirasiya Xidmətində ona deportasiya və cərimə oluna biləcəyi deyilmiş, ərizəçinin nənəsinin Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün onun şəxsiyyət vəsiqəsi,habelə anasının ölmü haqqında təsdiqedici sənədlər istənilmişdir.Həmin sənədlər Miqrasiya Xidmətinə təqdim olunmuşdur. Miqrasiya Xidmətinin əməkdaşı cəriməni ödəməyi ona məsləhət bilərək ona qəbz etmiş, Oktay onu ödəmiş və sərhəddi keçmişdir. 2 gün sonra isə ona SMS göndərilmiş və bildirilmişdir ki, Gürcüstan vətəndaşı Oktay İbrahimovun Azərbaycan Respublikasının ərazisinə girişi Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdən 2 il müddətinə məhdudlaşdırılmışdır. Barəsində tərtib olunan inzibati xəta haqqında protokola həqiqətə və işin həqiqi hallarına uyğun olmayan məlumatlar daxil edilmişdir. Belə ki,onun Azərbaycan Respublikasına bağlılığını müəyyən edən çoxsaylı dəlillər mövcud olsa da nəzərə alınmamışdır. Şikayət və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin Məcəllənin 65.2-ci maddəsinə məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərərçəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Göründüyü kimi inzibati qanunvericilik inzibati qərardan şikayət verə biləcək şəxslərin çevrəsini müəyyən etmişdir. Lakin hazırki iş üzrə inzibati qərardan şikayət ilə məhkəməyə barəsinə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsin arvadı müraciət etmişdir. İnzibati qanunvericilikdə isə bu hal nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 27 mart 2024-cü il tarixli qərarınn ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 27 mart 2024-cü il tarixli qərarından X2 tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-735/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-735/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver