Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-737/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.3cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC müvəqqəti idxalın tələblərinə, şərtlərinə zidd olaraq gömrük orqanının müəyyən etdiyi müddətdə malları müvafiq gömrük proseduru altında yerləşdirmiş, lakin müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq mallar gömrük ərazisindən kənara aparılmamışdır. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şəhər tipli qəsəbə, Babək, ev 20 olan Şəxs MMC (VÖEN:**********) tərəfindən xx.xx.2022-ci il tarixli **********7873 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi faktura dəyəri 1300 ABŞ dolları olan “Nivelirlər, xətkeş, və üçayaqlar” yükü xx.xx.2023-cü il tarixdədək müvəqqəti ixrac xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Lakin Şəxs MMC tərəfindən müvəqqəti ixrac müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisinə geri qaytarılması, müvəqqəti ixrac müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Həmin mallar müvəqqəti ixrac müddəti bitdikdən 1 ay 15 gün sonra xx.xx.2023-cü il tarixində **********0650 sorğu nömrəli gömrük bəyənnaməsi əsasında təkrar idxal gömrük prosedurunda yerləşdirilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-сü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən 28 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsi və Şəxs MMC-nin nümayəndəsi iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: həmin Məcəllənin 499.1.3-cü maddəsinə əsasən bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********7873 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi faktura dəyəri 1300 ABŞ dolları olan “Nivelirlər, xətkeş, və üçayaqlar” yükü xx.xx.2023-cü il tarixdədək müvəqqəti ixrac xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Lakin Şəxs MMC tərəfindən müvəqqəti ixrac müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisinə geri qaytarılması, müvəqqəti ixrac müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2000 (iki min) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-737/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-737/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver