Məhkəmə qərarları › İş №3(003)-744/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-744/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-744/2022 07.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3, tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1980-cı il tarixdə Qax rayonunun Almalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qax rayonunun Almalı kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş 24 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin 2(003)-945/2020 saylı 04 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən 31 oktyabr 2006-cı il təvəllüdlü X6, 18 avqust 2008-ci il təvəllüdlü X5 və 30 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 03 fevral 2020-ci il tarixdən başlyaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, icra vərəqəsi üzrə hal-hazıra qədər borclunun tələbkara 4150 (dörd min yüz əlli) manat aliment borcu ödənilməmişdir. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 göstərdi ki, icra vərəqəsi üzrə hal-hazıra qədər borclunun 4150 (dörd min yüz əlli) manat aliment borcu ödənilməmişdir. Lakin məhkəmə baxışı zamanı ona aliment borcundan 2000 (iki min) manat ödəniş etmiş, qalan borcu da yaxın zamanda hissə-hissə olmaqla tamamilə ödəyəcəyinə, həmçinin aylıq aliment borclarını da müntəzəm ödəyəcəyinə söz vermişdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı 4150 (dörd min yüz əlli) manat aliment borcunu tam ödəyə bilməmiş, lakin məhkəmə baxışı zamanı tələbkara 2000 (iki min) manat ödəniş etmiş, qalan məbləği də yaxın zamanda ödəməyə çalışır. Yaxın vaxtlarda qalıq borcunun hissə-hissə olmaqla tamamilə ödənilməsini təmin edəcək, aylıq aliment borclarını da müntəzəm ödəyəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 4150 (dörd min yüz əlli) manat aliment borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində qalıq borcundan 2000 (iki min) manat ödəniş etmiş, qalan məbləği də yaxın vaxtlarda hissə-hissə ödəyəcini, həmçinin aylıq aliment borclarını da müntəzəm ödəyəcəyinə söz vermişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxxxx 1980-cı il tarixdə Qax rayonunun Almamı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qax rayonunun Almalı kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar