Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-746/2022 22.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikasının X1 nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 20 may 2022-ci il tarixli protokola əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən ticarət obyektinin sahibkarı fiziki şəxs X6 yoxlamanın aparılması haqqında qərarı qəbul etməmiş və yoxlamaya şərait yaratmamışdır. Bununla da, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının X1 nümayəndəsi X7 göstərdi ki, insanların həyat və sağlamlığına birbaşa mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə fiziki şəxs tərəfindən X2 Bakı Regional bölməsinə konkret faktlara əsaslanan rəsmi müraciət daxil olmuşdur. Müraciət əsasında X2 Bakı Regional bölməsinin rəisi Zaur Kərimov tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs X5 məxsus təsərrüfat obyektində plandankənar yoxlama aparılması barədə 17 may 2022-ci il tarixdə qərar qəbul olunmuşdur. Həmin qərara əsasən qeyd olunan ünvana 19 may 2022-ci il tarixdə baxış keçirilərək X6 yoxlama qərarı ilə tanış edilmişdir. Lakin sahibkar qardaşının Hacıqabul rayonunda yas mərasimində iştirak etdiyini, o gəlmədən sənədləri qəbul etməyəcəyini bildirərək qərarı qəbul etməkdən imtina etmişdir. Buna görə də, yoxlama aparılması mümkün olmamışdır. Fərman Manafov 20 may 2022-ci il tarixdə yoxlama üçün şərait yaradacağını bildirmişdir. Buna görə də, plandankənar yoxlama aparılması üçün 20 may 2022-ci il tarixdə həmin ünvana getmişlər. Lakin ticarət obyektinin sahibkarı fiziki şəxs X6 təkrar olaraq yoxlamanın aparılması haqqında qərarı qəbul etməmiş və yoxlamaya şərait yaratmamışdır. Bununla bağlı X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 20 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən X3 barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 bildirdi ki, 19 may 2022-ci il tarixdə X1 əməkdaşları gələrək ona yoxlama aparılması barədə qərarı göstərsələr də, oxumağa icazə verməmişlər. Ondan şikayət olunduğunu bildirərək qərara imza etməyi və yoxlamağa şərait yaratmağı tələb etmişlər. Lakin ondan heç bir sənəd tələb etməmişlər. O, yoxlamağa şərait yaratsa da, qardaşı olmadığı üçün sənədlərə imza etməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, X6 ünvan 1 ünvanında fəaliyyət göstərən ticarət obyektinin sahibkarı fiziki şəxs X6 yoxlamanın aparılması haqqında qərarı qəbul etməmiş və yoxlamaya şərait yaratmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçılarin hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X6 tərəfindən ilk dəfə inzibati xətanın törədilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, X6 Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-746/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-746/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver