Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-747/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1, tələbkar X4 iştirakları ilə Şəxs xx xxxxxxxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, bir yetkinlik yaşına çatmayan və bir yetkinlik yaşına çatmış uşağı olan, orta təhsilli, aviasiyada mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 25 may 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4585 saylı, 27 iyul 2018-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X3 göstərdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4585 saylı, 27 iyul 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 140500 manat pul alınaraq X5 verilməlidir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 21 avqust 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclu tələbkara olan borcundan ümumilikdə 32780 manat ödəniş etmişdir. Hazırda hər ay borclunun əmək haqqından 350 manat pul tutulur. Sonuncu ödəniş 13 may 2022-ci il tarixdə olmuşdur. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmədə işə baxılan müddətdə X4 Şəxs 03 may 2017-ci il tarixli icra sənədi üzrə olan 41230 manat borcu əvəz olunaraq hazırda borclunun tələbkara olan borcundan çıxılmışdır və bugünə borclunun 66490 manat borcu qalmışdır. Məhkəmə iclasında tələbkar X7 göstərdi ki, borclunun mülkiyyətində dörd əmlakı olmuş və məhkəmədən sonra evi qızının adına keçirmiş, digər əmlakları isə satmış və ya bağışlamışdır. Onun özünün lizinq krediti olmuş və o, borcluya həmin lizinq müqaviləsi üzrə ödənişləri onun əvəzindən ödəməyi təklif etsə də, borclu razı olmamışdır. Borclu hər ay əmək haqqından 350 manat ödəni olmaqla ümumilikdə ona 32780 manat borc pul ödəmişdir. Məhkəmədə işə baxılan müddətdə onun Şəxs 03 may 2017-ci il tarixli icra sənədi üzrə olan 41230 manat borcu əvəz olunaraq hazırda borclunun ona olan borcundan çıxılmış və bugünə borclunun ona 66490 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən borclunun barəsində hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, icra sənədi üzrə 140500 manat məbləğində borcdan tələbkara 32780 manat ödəniş etmişdir. Hər ay onun əmək haqqından 50 faiz tutulmalı olur və 350 manat pul tutulur. Məhkəmədə işə baxılan müddətdə isə X4 ona 03 may 2017-ci il tarixli icra sənədi üzrə olan 41230 manat borcu əvəz olunaraq hazırda onun tələbkara olan borcundan çıxılmış və bugünə tələbkar 66490 manat borcu qalmışdır. O, həmin borcu ödəməkdən boyun qaçırmır. Lakin oğlu qazidir, psixi pozuntuları var, özü isə xəstədir.ona görə də, borcu birdəfəlik ödəyə bilmir. Qeyd olunanlara əsasən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4585 saylı, 27 iyul 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 140500 manat pul alınaraq X5 verilməlidir. İş materiallarına əlavə olunmuş Şəxs 27 may 2022-ci il tarixli ərizəsindən görünür ki, X4 ona 03 may 2017-ci il tarixli icra sənədi üzrə olan 41230 manat borcunun Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4585 saylı, 27 iyul 2018-ci il tarixli icra sənədi üzrə X2 olan 140500 manat borc ilə əvəz olunmasına etiraz etmir. X2 olan 140500 manat borcundan 41230 manat pul məbləğinin çıxılmasını xahiş edir. X5 31780 manat pul ödəmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4585 saylı, 27 iyul 2018-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Hazırda isə borclu tələbkarla alimentin hissə-hissə ödənilməsi barədə razılığa gəlmiş və tələbkar inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-747/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-747/2022
27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver