Məhkəmə qərarları › İş №3(003)-747/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-747/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-747/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 xx.xx.1952-ci ildə Lerik rayonu Aran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9 fərdi evdə qeydiyyatda olan və yaşayan X2 haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X10 tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli inzibati xəta haqqında protokola əsasən X1 10 000 manat məbləğində pul tutularaq X3 xeyrinə ödənilməlidir. Şəxs icra vərəqəsinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X10 bildirdi ki, inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu heç bir üzrlü səbəb olmadan icra sənədlərini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmış, axtarışda olmuş, bu gün Xəzər rayon İcra şöbəsinə gətirilmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarlarını indiyə qədər icra etməmiş, bu isə tələbkarların çoxsaylı şikayətlərinə səbəb olmuşdur. Borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında borclu X4 bildirdi ki, o, borcun ödənilməsindən yayınmır. Maddi imkanı ilə əlaqədar borcunu tam şəkildə ödəyə bilmir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dindirərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu X4 həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3138/2021 saylı mülki iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi leğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilmiş, cavabdeh X1 12000 (on iki min) manat məbləğində pul alınaraq iddiaçı X5 ödənilmişdir. İddia ərizəsi verilərkən ödənilməli olan. 126 manat və apellyasiya şikayəti verilərkən ödənilməli olan 63 manat pul cavabdeh X1 alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini tam ödəməmişdir. Borcun ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1952-ci ildə Lerik rayonu Aran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9 fərdi evdə qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar