Məhkəmə qərarları › İş №3(003)-748/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-748/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-748/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı kapitanı Pərviz Həsənlinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şəxs küçəsi ev 13-də qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 06 aprel 2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı kapitanı Pərviz Həsənli tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № 15327800 saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs 06 aprel 2023-cü il tarixdə Buzovna qəsəbəsində polis işçilərinə tabesizlik göstərmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı kapitanı Pərviz Həsənli izahatında göstərdi ki, Şəxs 06 aprel 2023-cü il tarixdə saat 17 radələrində Buzovna qəsəbəsində polis işçilərinə tabesizlik göstərmişdir. Bu fakt vətəndaşın izahatı və polis əməkdaşlarının tərtib etdiyi raportla təsdiq edilir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müfafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 06 aprel 2023-cü il tarixdə saat 17 radələrində Buzovna qəsəbəsində küçədə ictimai yerdə telefonla danışan zaman əsəbi olduğu üçün telefonda nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu intizama dəvət etmişlər. O, əsəbi olduğu üçün polis əməkdaşlarına tabesizlik göstərmişdir. Polis əməkdaşları həmin səbəbdən onu Polis şöbəsinə dəvət etmişlər. Bir daha qeyd edir ki, əsəbi olduğu üçün həmin hərəkətləri etmişdir. Əməlindən peşmandır, və bir də belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Bunların nəzərə alınaraq barəsində olan hazırkı inzibati xəta haqqında iş üzrə ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 2-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı X1 izahatında göstərdi ki, 06 aprel 2023-cü il tarixdə saat 17:00 radələrində Buzovna qəsəbəsində xidmətdə olarkən Şəxs küçədə ictimai yerdə telefonla danışan zaman telefonda nalayiq ifadələr işlətdiyini eşitmiş və ona yaxınlaşıb özlərini təqdim edərək onu intizama dəvət etmişlər. Şəxs isə onlara tabesizlik göstərərək səs-küy salmaqda davam etmişdir. Onlar həmin səbəbdən onu Polis şöbəsinə aparmışlar. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən peşmançılıq çəkməsini nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar