Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-749/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.1989-cu ildə Kürdəmir rayonu Şilyan kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu fərdi evdə qeydiyyatda olan və yaşayan X3 haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən qızıl-zinət əşyaları: 1 ədəd 8 qramlıq qızıl sep-640 manat,1 ədəd 6 qramlıq qızıl qolbağ-480 manat, 3 ədəd (54443 qram) 020К-960 manat, 1 cüt sırğa-5 qram-400 manat (cəmi 2480 manat), cehiz əşyaları: servis dəsti-150 manat, boşqab dəsti40 manat, 2 dəst çuğun qazan-100 manat, 5 dəst stəkan-50 manat, 2 ədəd güldan-40 manat, 4 dəst bakal dəsti-60 manat, 2 dəst şiş-20 manat, 3 dəst nəlbəki- 30 manat, meyvə qabı 1 ədəd-10 manat, 1 ədəd saat-30 manat, 4 ədəd qətdan-20 manat, 2 dəst salfetka qabı-30 manat, 2 dəst duz qabı-10 manat, 3 dəst limon qabı-20 manat, 2 dəst mürəbbə qabı-20 manat, 1 ədəd ütü-50 manat, 1 ədəd ət çəkən-80 manat, 1 ədəd mikser-30 manat, 1 ədəd çörək bişirən-80 manat, 1 ədəd lənpə-20 manat, üç mərtəbə qab-30 manat, 3 ədəd vedrə30 manat, 1 ədəd tozsoran-70 manat, 1 ədəd stol-150 manat, 1 ədəd sandıq-50 manat, 3 dəst çaynik-30 manat, 2 ədəd qəfədan-40 manat, 5 ədəd süfrə-50 manat, 4 dəst yorğan -döşək dəsti-500 manat, 4 metr pərdə-150 manat, 4 metr karniz-120 manat, 1 ədəd gecə lampası-20 manat, 2 ədəd çəmadan-80 manat, 2 dəst şirniyyat qabı-30 manat, 3 dəst podnis-30 manat, 1 ədəd güzgü-20 manat, 12 ədəd balaca döşək-20 manat, 11 ədəd yastıq-200 manat, 1 ədəd böyük döşək-150 manat, 1 ədəd ədyal-20 manat,“geyim”əşyararı: 3dəst ayaqqqabı-60 manat, 4 ədəd don-120 manat, 3 ədəd gödəkcə-150 manat, 4 ədəd kofta-80 manat: iddiaçı tərəfindən verilmiş 1500 manat pul vəsaiti cavabdeh X2 alınıb iddiaçı X5 verilməlidir. R.İsrayılov icra vərəqəsinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 bildirdi ki, inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu heç bir üzrlü səbəb olmadan icra sənədlərini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmış, axtarışda olmuş, bu gün Xəzər rayon İcra şöbəsinə gətirilmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarlarını indiyə qədər icra etməmiş, bu isə tələbkarların çoxsaylı şikayətlərinə səbəb olmuşdur. R.İsrayılovun bu günə olan borcu 3980 manat təşkil edir. Borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında borclu X6 bildirdi ki, o, borcun ödənilməsindən yayınmır. Maddi imkanı ilə əlaqədar borcunu tam şəkildə ödəyə bilmir. Vaxt veriləcəyi təqdirdə borcunu hissə-hissə ödəyə bilər. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dindirərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu X6 həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli icra vərəqəsindən görünür ki, qızıl-zinət əşyaları: 1 ədəd 8 qramlıq qızıl sep-640 manat,1 ədəd 6 qramlıq qızıl qolbağ-480 manat, 3 ədəd (54443 qram) 020К-960 manat, 1 cüt sırğa-5 qram-400 manat (cəmi 2480 manat), cehiz əşyaları: servis dəsti-150 manat, boşqab dəsti40 manat, 2 dəst çuğun qazan-100 manat, 5 dəst stəkan-50 manat, 2 ədəd güldan-40 manat, 4 dəst bakal dəsti-60 manat, 2 dəst şiş-20 manat, 3 dəst nəlbəki-30 manat, meyvə qabı 1 ədəd-10 manat, 1 ədəd saat-30 manat, 4 ədəd qətdan-20 manat, 2 dəst salfetka qabı-30 manat, 2 dəst duz qabı-10 manat, 3 dəst limon qabı-20 manat, 2 dəst mürəbbə qabı-20 manat, 1 ədəd ütü-50 manat, 1 ədəd ət çəkən-80 manat, 1 ədəd mikser-30 manat, 1 ədəd çörək bişirən-80 manat, 1 ədəd lənpə-20 manat, üç mərtəbə qab-30 manat, 3 ədəd vedrə30 manat, 1 ədəd tozsoran-70 manat, 1 ədəd stol-150 manat, 1 ədəd sandıq-50 manat, 3 dəst çaynik-30 manat, 2 ədəd qəfədan-40 manat, 5 ədəd süfrə-50 manat, 4 dəst yorğan -döşək dəsti-500 manat, 4 metr pərdə-150 manat, 4 metr karniz-120 manat, 1 ədəd gecə lampası-20 manat, 2 ədəd çəmadan-80 manat, 2 dəst şirniyyat qabı-30 manat, 3 dəst podnis-30 manat, 1 ədəd güzgü-20 manat, 12 ədəd balaca döşək-20 manat, 11 ədəd yastıq-200 manat, 1 ədəd böyük döşək-150 manat, 1 ədəd ədyal-20 manat,“geyim”əşyararı: 3dəst ayaqqqabı-60 manat, 4 ədəd don-120 manat, 3 ədəd gödəkcə-150 manat, 4 ədəd kofta-80 manat: iddiaçı tərəfindən verilmiş 1500 manat pul vəsaiti cavabdeh X2 alınıb iddiaçı X5 verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini tam ödəməmişdir. Borcun ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1989-cu ildə Kürdəmir rayonu Şilyan kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu fərdi evdə qeydiyyatda olan və yaşayan X6 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-749/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-749/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver