Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-749/2025 19.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) sahə inspektoru Elcan Murtuzovun iştirakları ilə xx xxxxx 1994-cü ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Xəzər RPİ 3-cü PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən “OBA Binə 59” saylı mağazada Zərərçəkmiş şəxs döyərək ona xəsarətlər yetirmişdir. Bununla əlaqədar Şəxs barəsində Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Elcan Murtuzov tərəfindən 19 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Elcan Murtuzov göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 14:09 radələrində Zərərçəkmiş şəxs DİN-nin 102 zəng zəng mərkəzinə verdiyi məlumatında bilirmişdir ki, “OBA” marketdə müştəri onu döymüşdür. Təhqiqat araşdırması zamanı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan Zərərçəkmiş şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Binə qəsəbəsində yaşayır. Binə qəsəbəsində yerləşən “OBA-Binə 59” saylı mağazada müdür kimi işləyir. xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində mağazaya müştəri kimi gələn adını bilmədiyi şəxs onunla mübahisə etmiş, mübahisə zamanı onun hər iki qollarından tutaraq qəsdən sıxmış, ona bədən xəsarəti yetirmiş və onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Şəxs Zərərçəkmiş şəxs vurduğunu qismən etiraf etmişdir. Bu səbəbdəndə toplanmış material üzrə AR CPM-nin 86 və 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən Şəxs barəsində 19 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, o, siqaret almaq üçün həmin mağazaya girmişdir. Həmin vaxt işə tələsmişdir. Kassada çox gözlədiyinə görə əsəbləşmiş və Zərərçəkmiş şəxs sadəcə olaraq qolundan tutumuşdur. O, həmin mağazaya tez-tez xırda pullarını böyütmək məqsədilə girmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də barəsində olan hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs mağazaya girmiş və kassada 30 saniyə dayanmışdır. Həmçinin ona söyüş söymüşdür. O, onun qolundan tutmuş və qolu göyərmişdir. Hazırda Sərxan ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, barışmalarını nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 317 nömrəli 16 aprel 2025-ci il tarixli rəyindən görünür ki, LZərərçəkmiş şəxs bədəni üzərində sol saidin qançırı aşkar edildi, Qeyd olunan xəsarətlər küt əşya təsirindən onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl törənmiş, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə törənməsi istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. 2.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıc deyildir. İş materiallarında olan Xəzər RPİ 3-cü PŞ-nin baş təhqiqatçısı, Anar Hacıyev tərəfindən qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi və onların münaqişəli qonşu kimi qeydiyyata götürülməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AZA 016934 saylı tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək inzibati xətanı törətmiş şəxslə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İnzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərərçəkmiş şəxslə barışdığına görə o, inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati həbsdən azad edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-749/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-749/2025
19.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver