Məhkəmə qərarları › İş №3(003)-75/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-75/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-75/2022 19.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs 13 aprel 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağ sahəsi, bağ evi 254 a ünvanında qeydiyyatda olan və yaşayan haqqında Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 31 dekabr 2021-ci il tarixli protokola və iş materiallarına əsasən Şəxs 27 sentyabr 2021-ci il tarixdə, saat 01:00-da idarə etdiyi «Peugeot 405» minik markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədov tərəfindən 24 dekabr 2021-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 26 sentyabr 2021-ci il tarixdən 27 sentyabr 2021-ci il tarixə keçən gecə saat 01 radələrində etibarnamə ilə idarə etdiyi «Peugeot 405» minik markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobillə Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsi ilə 80-90 km/saat sürətlə hərəkətdə olmuşdur. A.İldırım küçəsi ilə kəsişməyə çatanda əyləcdən istifadə etsə də, əyləc sistemi işləmədiyindən idarə etdiyi avtomobil ilə Ziyarətgah istiqamətindən hərəkətdə olan «Mercedes» markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Zərbənin təsirindən həmin avtomobili hasara dəyərək dayanmışdır. Bundan sonra avtomobildən düşərək həmin avtomobilin sürücüsünə köməklik etmiş və təcili tibbi yardıma zəng etmişdir. Hadisədən sonra digər avtomobilin sürücüsünün nə qədər müalicə almasından məlumatı olmamış və ona maddi cəhətdən köməklik etməmişdir. Barəsində hər hansı cəzanın təyin olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 27 sentyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus «Merecedes 190» markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobil əzilmişdir. Özü isə xəsarət almış və 50 gün ambulator müalicə almışdır. Müalicəsi üçün 1500 manat vəsait xərcləmişdir və xəta törədən heç bir köməklik etməmişdir. Sığorta şirkəti gələcəkdə müalicəsi ilə bağlı 750 manat ödəniş etməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs "xxxx" MMC-nə və Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin zərərçəkmiş şəxs və Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 1978 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin qərarda göstərilən 27 sentyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 13 dekabr 2021ci il tarixli, 8/2889 nömrəli rəyindən görünür ki, «istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Peugeot 405» minik markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı omluşdur Sürücü Şəxs «Peugeot 405» minik markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 80-90 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur». İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Merecedes 190» markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs yol-hərəkəti haqqında qanununun tələblərini pozmaqla yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində zərərçəkmiş şəxsə bədən xəsarəti yetirməsini, zərərçəkmiş şəxsə hadisədən sonra köməklik göstərməməsini, ona dəymiş ziyanı ödəməməsini, heç bir yerdə işləmədiyindən cəriməni ödəmək üçün maddi cəhətdən imkanı olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq olunmalıdır. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülsün. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar