Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-75/2025 28.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Xəzər rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Xəzər rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, səhər saat 08:00 radələrində Məmmədxanlı Elbəy idarə etdiyi “Nissan” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Buzovna qəsəbəsindən Bakı şəhərinə istiqamətdə saatda 70-80 kilometr sürətlə hərəkət edirmiş. Hava yağıntılı olduğundan o, idarəetməni itirmiş və yo kənarında olan dəmir arakəsməyə, daha sonra isə arxada hərəkətdə olan X8 idarə etdiyi “Jeep” markalı avtomobillə toqquşmuşdur. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən işə baxılmış və yol-nəqliyyat hadisə faktına dair toplanmış təhqiqat materiallarına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumatlar barəsində aparılan araşdırmalar nəticəsində əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Həmçinin iş materiallarından da göründüyü kimi, cinayət işinin açılması üçün səbəb səbəb və əsas olmadığından təhqiqatçı, polis mayoru Rəhim Allahverdiyev AR CPM-nin 86, 39.1.2 və 212-ci maddələrini təhbər tutaraq toplanmış materiallar üzrə cinayət işinin başlanmasını rədd etmişdir. Bu səbəbdən X4 inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas olmadığından xx.xx.2024-cü il tarixdə İXP ******* saylı elektron qaydada informasiya sisteminə ötürülməklə tərtib olunan protokol əsasında qəbul edilmiş müvafiq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 3(003)-2075/2024 saylı qərardad qəbul edərək, tərəfimizdən verilmiş şikayətin baxılmadan geri qaytarılmasını qərara almışdır.Ərizədəki "nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən istinad olunan "nöqsanlar" tərəfimizdən sözügedən qərarın məhkəməyə təqdim edilməsi ilə bağlı olmuşdur. Bu xüsusatla bağlı qeyd etmək istəyirəm ki, həmin qərar Xəzər Rayon Polis idarəsinin əməkdaşları tərəfindən dəfələrlə müraciət etməyimizə baxmayaraq bizə təqdim edilməmişdir. Süni maneler yaradılaraq məhkəməyə müraciət hüququmuz pozulmaqdadır. "X16 qanunun 1-ci maddəsinin 42-ci bendina esasen. məhdudiyyətli görünmə duman, yağış, qar və başqa şəraitdə, habelə toranlıqda yolun 300 metrdan az məsafədə görünməsidir. Həmin qanunun 50-ci maddəsinə əsasən, Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin maddənin 3-cü hissəsində qeyd edilir ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. İşin faktiki hallarına əsasən, qeyd edirik ki, Sultanov Hidayət Qurbanović məhdudiyyətli görmə şəratini yəni, yağışlı havanı və yol şəraitini nəzərə alaraq, həmin yolda hərəkət etməli olduğu surətdən daha az sürətlə hərəkət etməli və avtomobiller arasındakı ara məsafəni və distansiyanı saxlamalı və hava şəraiti səbəbindən baş verə biləcək yol nəqliyyat hadisələrini qabaqcadan fikirləşməli, tədbirlər həyata keçirməli olduğu halda bunları etməmiş və "X16 qanunun 50-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunduğu kimi, nəqliyyat hadisəsini gördüyü anda avtomobilini kənara çəkməmişdən əvvəl ilk növbədə surət həddini 0-a qədər endirməli və digər tədbirləri görməli idi. Lakin sürücü bunlara əməl etməmişdir. Hava şəraitindən dolayı yollarda sürət hədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilir. Həmin gündə, yağışlı hava olduğundan surət həddi avtomagistral yolda normal sürət həddindən aşağı salınmışdır və iddiaçı həmin gün 70-80 km sürətlə hərəkət etdiyini bildirmişdir və bu da sürücünün sürət həddinə diqqət etməyərək və hava şəraitini nəzərə almayaraq yol hərəkəti qaydalarını pozduğu nəticəsinə gəlir. Həmçinin nəzərinizə çatdıraq ki, sözügedən nəqliyyat hadisəsi nəticəsində, "Nissan" markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "JEEP GRAND CHEROKEE markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində, "Nissan" markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22 300 manat dəyərində ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, müvəkkilim X9 40 AZN cərimə olunmuşdur. Belə ki, sözügedən inzibati xəta əsasında İXP6188647 saylı protokol elektron qaydada sistemə vurulmuş və bu barədə elektron qaydada tərtib olunmuş inzibati xəta ilə bağlı hüquqlarını qoruduğum şəxsə bildiriş gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Nəzərinizə çatdırıram ki, sözügedən əməl tərəfimizdən törədilməmişdir. Bu səbəbdən yuxarıda qeyd edilmiş hallardan da göründüyü kimi inzibati məsuliyyətə cəlb edilməmiz üçün heç bir əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sözügedən Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd olunan Məcəllənin 62.2.6-ci maddəsinə əsasən, zərər çəkmiş şəxs iş üzrə qəbul edilmiş qərardan şikayət vermək və bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Bundan başqa X1 nümayəndəsi və vəkili Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək sözügedən inibati tənbeh vermə haqqında qərar şikayət vermiş şəxsə rəsmi qaydada təhvil verilmədiyindən iş üzrə şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin buraxılmamış hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 nümayəndəsi və vəkili Nümayəndə1 şikayətini müdafiə edərək şikayətinin təmin olunmasını və X4 inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas olmadığından xx.xx.2024-cü il tarixdə İXP ******* saylı elektron qaydada informasiya sisteminə ötürülməklə tərtib olunan protokol əsasında qəbul edilmiş müvafiq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, eləcə də iş üzrə keçirilmiş yol-nəqliyyat ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-8/1862/2025 saylı rəyi ilə razılaşmadığını, iş üzrə təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X2 nümayəndəsi və vəkili Güləhmədov X5 Elbəy Aslan oğlu barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslı olduğunu, eləcə də iş üzrə keçirilmiş yol-nəqliyyat ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-8/1862/2025 saylı rəyi ilə razılaşdığını bildirərək şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iş üzrə şikayətçi tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddəti bərpa edilməli və şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, şikayətçi tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar eldə edilməməsi əsaslı olduğundan və şikayətçinin nümayəndəsi bu barədə məhkəməyə müvafiq sübut təqdim etdiyindən iş üzrə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddəti bərpa edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 3(103)- 2831/2024 saylı qərardadından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 3(003)-2244/2024 saylı qərardadı ləğv edilmiş və inzibati xəta haqqında iş materialları inzibati xətaya dair şikayətin baxılmağa hazırlanması mərhələsinə qaytarılmışdır. - 31 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, “Nissan Altima” markalı **-VZ-*** dövlət nömrə nişanlı avtomobilinin sürücüsü X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibinin yarandığı məlum olduğu üçün sürücü X4 barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin X18 Şöbəsinə göndərilməsi qərara alınmışdır. - AC 720567 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsi B kateqoriyalıdır və X7 məxsusdur və etibarlılıq müddəti xx.xx.2016-cı ildən xx.xx.2026-cı il tarixədəkdir. -Xəzər rayon DYPŞ-nin polis leytenantı X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2025-ci il tarixli, 3-16-16/2-8/1862/2025 saylı ekspert rəyindən görünür ki, "Nissan Altima" markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Jeep” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətləri “X16” Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyət təşkil etməməsi nəzərə alınmaqla onun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə ilk olaraq X4 Xəzər RPİ-nin X18 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpası ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarına əlavə edilmiş X1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş sorğuya rəsmi cavab verilməmiş, eləcə də inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan bununla əlaqədar müvafiq sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhz bu səbəbdən şikayətçi Xəzər RPİ-nin X18 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti qanunvericilklə müəyən edilmiş müddət ərzində məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X4 Xəzər RPİ-nin X18 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin ötürülməsi üzrlü hesab edilməli və şikayətə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz; -12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -17-ci maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. -76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; -327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X16” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. -135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan ibarətdir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, şikayətin əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş (baxmayaraq ki, şikayətçiyə bu barədə məhkəmə tərəfindən şərait yaradılmış), mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibini yaradır. Şikayətçi özü şikayət ərizəsində manevr etmə qaydalarını pozduğunu etiraf etmiş, yalnız bu pozuntunun onun iradəsindən asılı olmayan səbəblərdən törədildiyini qeyd etmişdir. “X16” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, şikayətçi tərəfindən inzibati xətanın törədilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2025-ci il tarixli, 3-16-16/2-8/1862/2025 saylı ekspert rəyi ilə də bir daha təsdiq edilir. Belə ki, sözügedən rəydə qeyd olunur ki, sürücü E. X11 markalı avtomobili Bakı şəhəri istiqamətində sağdan 4-cú zolaqla 70-80 km/saat sürətlə idarə edərkən avtomobil su gölməçəsinə düşmüş və idarəetməni itirərərək aks istiqamətli nəqliyyat axınlarını ayıran metal konstruksiyalı arakəsməyə dəymiş, bu zaman arxa ile eryni istiqamətdə sağdan 3-cü zolaqla 70-80 km/saat sürətlə hərəkətdə olan sürücü H.Sultanovun idarə etdiyi Jeep markalı avtomobil ile aralarında toqquşma baş vermişdir. Hadisə zamanı har iki avtomobil yüksüz vəziyyətdə olmuş. Nissan Altima markalı avtomobilda 1 nefer sərnişin olmuş, Jeep markalı avtomobildə isə sərnişin olmamışdır. Qeyd olunan vəziyyətdə Nissan Altima markalı avtomobilin sürücüsü E.Məmmədxanlı Yol harakati haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bendinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa amiaka zərər vurmamalıdırlar. Mövcud şəraitdə hərəkətin təhlükəsizliyinin təmin olunması və hadisənin qarşısının alınması məqsədilə sürücü E. Məmmədxanlı diqqətini daim dəyişən yol şəraitindən ve avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlama, manevr etmə və sair) vaxtında və elə yerinə yetirməli idi ki, avtomobilin harakat hissəsi ilə dayanıqlı hərəkəti təmin olunsun. Lakin məhkəmə tərəfindən göstərildiyi kimi, sürücü E. X11 markalı avtomobili qeyd olunan yol şəraitində idarə edərkən avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməməsi, idarəetməni itirməsi, avtomobilin hərəkət hissəsindən çıxaraq əks istiqamətli nəqliyyat axınlarını ayıran metal konstruksiyalı arakəsməyə dəyməsi, arxadan eyni istiqamətdə sağdan 3-cü zolaqla hərəkətdə olan sürücü H.Sultanovun hərəkəti üçün təhlükə yaratması və həmin avtomobil ilə toqquşması faktları onu izah edir ki, mövcud hadisə sürücü E.Məmmədxanlının hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarə etmə hərəkətləri ilə əlaqədar baş vermişdir. Ona görə də, Nissan Altima markalı avtomobilin sürücüsü E. Məmmədxanlının hərəkətlərində X16» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bendinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan əlavə qeyd edilmişdir ki, sürücü E.X11 markalı avtomobili Bakı şəhəri istiqamətində sağdan 4-cü zolaqla 70-80 km/saat sürətlə idarə edərkən avtomobil su gölməçəsinə düşmüş və idarəetməni itirərərək əks istiqamətli nəqliyyat axınlarını ayıran metal konstruksiyalı arakəsməyə dəymiş, bu zaman arxa ilə eyni istiqamətdə sağdan 3-cü zolaqla 70-80 km/saat sürətlə hərəkətdə olan sürücü H.Sultanovun idarə etdiyi Jeep markalı avtomobil ilə aralarında toqquşma baş vermişdir. Hadisə zamanı hər iki avtomobil yüksüz vəziyyətdə olmuş, Nissan Altima markalı avtomobildə 1 nəfər sərnişin olmuş. Jeep markalı avtomobildə isə sərnişin olmamışdır. Sürücü H.Sultanovun hərəkəti üçün təhlükə Nissan Altima markalı avtomobilin su gölməçəsinə daxil olduğu andan yaranmış və həmin andan toqquşmaya kimi 1-2 saniyə vaxt keçmişdir. Məhkəmə tərəfindən göstərildiyi kimi Jeep markalı avtomobilin 70-80 km/saat sürətlə öz hərəkət zolağı ilə hərəkətdə olması, qarşıda sağdan 4-cu zolaqla 70-80 km/saat sürətlə hərəkətdə olan Nissan Altima markalı avtomobilin idarəetmeni itirərək əks istiqamətli nəqliyyat axınlarını ayıran metal konstruksiyalı arakəsməyə dəyərək onun hərəkət zolağına çıxması, Jeep markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaratması, təhlükə yaranan andan toqquşmaya kimi 1-2 saniyə vaxtın keçməsi şəraitində, yəni Jeep markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükənin kiçik müddətdə davam etməsi və bu şəraitdə sürücü H.Sultanovun hərəkətləri «X16» Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyət təşkil etməməsi də nəzərə alınmaqla Jeep markalı avtomobilin sürücüsü H.Sultanovun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi vardır və düzgün olaraq onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Xəzər rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Xəzər rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X6, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-75/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-75/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver