Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-752/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş orqan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. Aşağı həddə cərimə tənbehinin təyin edilməsini və gətirdiyi malları ödəməyə imkanı çatmadığına görə geri göndərilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 10000/00043 saylı protokoldan görünür ki, Şəxs ona məxsus 1 ədəd kiçik ölçülü çamadandan, 5 ədəd baqaj çamadanının və 2 ədəd idman çantasının içərisindən 9 qutu "Promovia HYDRO balance 100 mg" markalı, 3 qutu “RİLUTEK 50 mg 56 film tablet" markalı, 1 qutu "Peyona 20 mg/ml" markalı, 2 qutu "Enbrel MYCLİC 50 mg/ml etanersept" markalı, 9 qutu "OVİTRELLE 250 mcg/0.5ml" markalı, 4 qutu "Aranesp 40 mikrogram" markalı, 1 qutu "Letu 2.5 mg letrozol" markalı, 12 qutu "Letrol 2.5 mg" markalı, 1 qutu "Replax 40 mg" markalı, 2 qutu "İmex %3 Merhem 20 g" markalı, 8 qutu "PROGRAFT MEDİKAL 1.70 MM-60" sözü yazılmış tibbi vasitə, 1 qutu "Toujeo 300 U/ml" markalı, 2 qutu "Ventolin 2 mg/5ml şurup" markalı, 1 qutu "Lithuril 300 mg 100 Kapsül” markalı, 2 qutu "Saxenda 6 mg/ml 3 kalem" markalı, 2 qutu "Gardasil 9" markalı, 4 qutu "MOFECEPT 500 mg/ml" markalı, 1 qutu "Tegretol 100 mg/5ml" markalı, 7 qutu "Famera 2.5 mg" markalı, 4 qutu "Antepsin 1 g/5ml" markalı, 1 ədəd flakonda "octagam 10 g" markalı, 3 qutu "GENOTROPİN 12 mg/ml" markalı dərman vasitələri, 24 ədəd üzərində "анаcерон» νə «ренгалин» sözləri yazılmış dərman çantası, 4 ədəd üzərində "Meka karışık meyve aroması 1L" sözü yazılmış plastik qablaşmada maye, 1 qutu "Guatanamera 5 cristales" markalı tütün, 19 qutu "Al Capone" markalı tütün, 22 ədəd "marlboro gold" markalı tütün, 3 blok "marlboro silver blue" markalı siqaret, 2 blok "X6" markalı siqaret, 2 qutu "GEORGE KARELİAS AND SONS" markalı tütün və 1 ədəd "XOR" markalı mobil telefonun aşkar edilərək götürülməsi və Şəxs üzərində şəxsi yoxlama aparılması zamanı əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, şifahi, elektron və yazılı formada bəyan edilməmiş 1 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd bilərzik və üzərində 1 ədəd klonu olan 1 ədəd boyunbağı, 6 cüt sırğa və 1 ədəd üzüyü bəyan etmədən ölkə ərazisinə gətirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4997-9/8796 №-li rəyindən müəyyən olunur ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə ekspertiza tədqiqatına təqdim edilən zərgərlik məlumatlarının əyarı, modeli və digər göstəriciləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixinə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7499 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8847 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd qutusuz, aksesuarları ilə birlikdə “XOR” markalı, “XM-102 (Titanium X2 Ebony)” modelli mobil telefonun yeni vəziyyətdə 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 13500 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8854 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...3-33-3100/013/028250 saylı iş üzrə maddi sübut...” sözləri olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus bir ədəd parça torbada və bir ədəd kağız paketdəki dərman preparatları, tibbi vasitə və 4 ədəd üzərində “Meka Karışık meyve” göstəricisi olan plastik qabda maye “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahı”-larına və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahı”-larına daxil deyildirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8805 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş araşdırma predmeti olan dərman və tibbi vasitələrin xx.xx.2024-cü il tarixə pərakəndə satış üçün orta bazar qiymətləri nəzərə alınmaqla cəmi qiyməti 10513,21 manatdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs və X2 barələrində toplanmış materialda Azərbaycan Respublikası CM-nin 200-1.2.3, 206.1 və 213-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmaması səbəbi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X2 barələrində toplanmış materialda Azərbaycan Respublikası İXMnin 482.1-ci maddəsinin tərkib əlamətləri olduğundan hər ikisi barəsində inzibati qaydada müvafiq tədbirlərin görülməsi üçün qəbul edilmiş qərar və zəruri sənədlərin surətinin Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinə göndərilməsi, xx.xx.2024-cü il tarixdə Şəxs və X2 müşayiət etdikləri yüklərə keçirilmiş gömrük yoxlaması zamanı və Şəxs üzərinə keçirilmiş şəxsi yoxlama zamanı aşkar edilmiş, ekspertiza tədqiqatlarına sərf edilən hissə çıxmaqla qalmış, adları və sayları yuxarıda qeyd edilən tütün məmulatlarının və dərman preparatlarının “Azərterminalkompleks” Birliyinin anbarına, qızıl zinət əşyalarının və 1 ədəd “XOR” markalı mobil telefonun Dövlət Gömrük Komitəsinin xəzinəsinə müvəqqəti saxlanca verilməsinin nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ümumi dəyəri 32.321 manat məbləğində malları gömrük orqanına mütləq bəyan etməli olduğu halda bəyan etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin – 32.321 manat məbləğin qırx faizi miqdarında, yəni 12.928,4 manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat, məhkəmə-iqtisad ekspertiza tədqiqatlarının dəyəri olan 303 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 82.1-ci maddəsində bütün şəxslərin malları Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malik olduğu göstərilmişdir. Həmin Məcəllənin 301.2-ci maddəsinə əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük rəsmiləşdirilməsi onlar tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməməsi səbəblərinə görə başa çatdırılmadıqda, həmin şəxsin seçimi əsasında mallar gömrük ərazisindən geri qaytarılmalı, yaxud müvəqqəti saxlanc anbarında yerləşdirilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi birbaşa şəkildə gömrük rüsumlarının və vergilərin ödənilməməsi səbəblərinə görə gömrük rəsmiləşdirilməsinin başa çatdırılmadıqda, həmin şəxsin seçimi əsasında malların gömrük ərazisindən geri qaytarılması imkanını tanıyır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən əldə edilmiş malların gömrük rəsmiləşdirilməsi zamanı müvafiq rüsumların ödənilməsi üçün maddi imkanının olmaması səbəbindən həmin malların geri qaytarılması barədə qərar qəbul edilməsinə dair xahişi nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə ədalətli qərar qəbul edilməsi məqsədilə maddi sübut kimi tanınmış həmin mallar, yəni 9 qutu "Promovia HYDRO balance 100 mg" markalı, 3 qutu “RİLUTEK 50 mg 56 film tablet" markalı, 1 qutu "Peyona 20 mg/ml" markalı, 2 qutu "Enbrel MYCLİC 50 mg/ml etanersept" markalı, 9 qutu "OVİTRELLE 250 mcg/0.5ml" markalı, 4 qutu "Aranesp 40 mikrogram" markalı, 1 qutu "Letu 2.5 mg letrozol" markalı, 12 qutu "Letrol 2.5 mg" markalı, 1 qutu "Replax 40 mg" markalı, 2 qutu "İmex %3 Merhem 20 g" markalı, 8 qutu "PROGRAFT MEDİKAL 1.70 MM-60" sözü yazılmış tibbi vasitə, 1 qutu "Toujeo 300 U/ml" markalı, 2 qutu "Ventolin 2 mg/5ml şurup" markalı, 1 qutu "Lithuril 300 mg 100 Kapsül” markalı, 2 qutu "Saxenda 6 mg/ml 3 kalem" markalı, 2 qutu "Gardasil 9" markalı, 4 qutu "MOFECEPT 500 mg/ml" markalı, 1 qutu "Tegretol 100 mg/5ml" markalı, 7 qutu "Famera 2.5 mg" markalı, 4 qutu "Antepsin 1 g/5ml" markalı, 1 ədəd flakonda "octagam 10 g" markalı, 3 qutu "GENOTROPİN 12 mg/ml" markalı dərman vasitələri, 24 ədəd üzərində "анаcерон» νə «ренгалин» sözləri yazılmış dərman çantası, 4 ədəd üzərində "Meka karışık meyve aroması 1L" sözü yazılmış plastik qablaşmada maye, 1 qutu "Guatanamera 5 cristales" markalı tütün, 19 qutu "Al Capone" markalı tütün, 22 ədəd "marlboro gold" markalı tütün, 3 blok "marlboro silver blue" markalı siqaret, 2 blok "X6" markalı siqaret, 2 qutu "GEORGE KARELİAS AND SONS" markalı tütün və 1 ədəd "XOR" markalı mobil telefon, 1 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd bilərzik və üzərində 1 ədəd klonu olan 1 ədəd boyunbağı, 6 cüt sırğa və 1 ədəd üzük gömrük nəzarəti altında Azərbaycan Respublikasından çıxarılması (geri qaytarılması) üçün Şəxs verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (32.321 manatın) qırx faizi miqdarında, yəni 12.928,4 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış 9 qutu "Promovia HYDRO balance 100 mg" markalı, 3 qutu “RİLUTEK 50 mg 56 film tablet" markalı, 1 qutu "Peyona 20 mg/ml" markalı, 2 qutu "Enbrel MYCLİC 50 mg/ml etanersept" markalı, 9 qutu "OVİTRELLE 250 mcg/0.5ml" markalı, 4 qutu "Aranesp 40 mikrogram" markalı, 1 qutu "Letu 2.5 mg letrozol" markalı, 12 qutu "Letrol 2.5 mg" markalı, 1 qutu "Replax 40 mg" markalı, 2 qutu "İmex %3 Merhem 20 g" markalı, 8 qutu "PROGRAFT MEDİKAL 1.70 MM-60" sözü yazılmış tibbi vasitə, 1 qutu "Toujeo 300 U/ml" markalı, 2 qutu "Ventolin 2 mg/5ml şurup" markalı, 1 qutu "Lithuril 300 mg 100 Kapsül” markalı, 2 qutu "Saxenda 6 mg/ml 3 kalem" markalı, 2 qutu "Gardasil 9" markalı, 4 qutu "MOFECEPT 500 mg/ml" markalı, 1 qutu "Tegretol 100 mg/5ml" markalı, 7 qutu "Famera 2.5 mg" markalı, 4 qutu "Antepsin 1 g/5ml" markalı, 1 ədəd flakonda "octagam 10 g" markalı, 3 qutu "GENOTROPİN 12 mg/ml" markalı dərman vasitələri, 24 ədəd üzərində "анаcерон» νə «ренгалин» sözləri yazılmış dərman çantası, 4 ədəd üzərində "Meka karışık meyve aroması 1L" sözü yazılmış plastik qablaşmada maye, 1 qutu "Guatanamera 5 cristales" markalı tütün, 19 qutu "Al Capone" markalı tütün, 22 ədəd "marlboro gold" markalı tütün, 3 blok "marlboro silver blue" markalı siqaret, 2 blok "X6" markalı siqaret, 2 qutu "GEORGE KARELİAS AND SONS" markalı tütün və 1 ədəd "XOR" markalı mobil telefon, 1 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd bilərzik və üzərində 1 ədəd klonu olan 1 ədəd boyunbağı, 6 cüt sırğa və 1 ədəd üzük gömrük nəzarəti altında Azərbaycan Respublikasından çıxarılması (geri qaytarılması) üçün Şəxs verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 303 (üç yüz üç) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-752/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-752/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver