Məhkəmə qərarları › İş №3(003)-755/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-755/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-755/2025 21.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Xəzər Rayon Polis İdarəsinin 3cü PŞ-nin sahə inspektoru Elcan Murtuzovun iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Şərur rayonu Maxta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, Şərur rayonu Maxta kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Sabunçu vağzalı nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 227-cı maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ 3-cü Polis Şöbəsindən daxil olmuş 21 aprel 2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binə qəsəbəsində “Mercedes” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobildən 200 manat pul oğurlamışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə 04 aprel 2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xəzər RPİ 3-cü Polis Şöbəsindən daxil olmuş 21 aprel 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binə qəsəbəsində “Mercedes C180” markalı ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındıraraq oradan 20 manat pul oğurlamışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə 04 aprel 2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bununla əlaqədar 21 aprel 2025-ci il tarixdə Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru Elcan Murtuzov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru Elcan Murtuzov inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilərək göstərdi ki, 2025-ci ilin mart ayının əvvəllərində Binə qəsəbəsində yaşayan bacısıgilə qonaq gəlmişdir. Pulu olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. Binə qəsəbəsində “Mercedes” markalı avtomobilə yaxınlaşaraq özündə olan vintaçanla avtomobilin arxa şüşəsini sındıraraq 2 ədəd 50 manatlıq əsginas, 1 ədəd isə 100 manatlıq əsginas olmaqla, ümumilikdə 200 manat məbləğində pul oğurlamışdır. Həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur. Bundan başqa digər bir maşından da 20 manat pul oğurlamışdır. Həmin oğurladığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Zərəri hələ ki, ödəməmişdir. Əməlindən peşmandır. İnzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokollarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs oğurluq yolu ilə özgəsinin əmlakını talamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, X4 və X1 müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və onlara qarşı oğurluq edən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati təsir tədbirlərin görülməsi qərara alınmışdır. -AZA 016934 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs, xx.xx.2025-ci il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binə qəsəbəsində “Mercedes C180” markalı ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındıraraq oradan 20 manat pul oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binə qəsəbəsində “Mercedes” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobildən 200 manat pul oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokollara münasibət bildirərək hesab edir ki, həmin protokollar üzrə Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı protokollara əlavə edilmiş sənədlərdən və Şəxs məhkəmə iclasında vermiş olduğu izahatından müəyyən edilmişdir ki, o, xx.xx.2025ci il tarixdə Binə qəsəbəsində “Mercedes C180” markalı ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındıraraq oradan 20 manat pul oğurlamışdır. Həmçinin xx.xx.2025-ci il tarixdə Binə qəsəbəsində “Mercedes” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobildən 200 manat pul oğurlamışdır. Bu hallar, məhkəmə iclasında özünün etiraf edici izahatı ilə də təsdiq olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 227-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxsin əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Ona görə də ona Azərbaycan Respublikası İXM-nin 227-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X3 X2 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar