Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-757/2025 21.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Lerik rayonu, Soru kəndində doğulmuş, evli, orta təhsilli, himayəsində üç azyaşlı uşağı olan, işsiz, Lerik rayonu, Soru kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi X6 bildirdi ki, icraatına təhqiqatın qərarı əsasında material daxil olmuşdur. Qərarda qeyd olunduğu kimi X3 müraciəti edərək Şəxs tərəfindən döyülməsini bildirmiş və aidiyyəti üzrə təhqiqatçı tərəfindən bu barədə araşdırma aparılmışdır. Həmin qərar əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibatı protokol tərtib edilərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci ildə arvadı X3 ilə aralarında münaqişə olmuşdur. Söz-söhbət zamanı onu dabankeşlə vurmamışdır. Sadəcə anası evdə olmuşdur. Münaqişəyə əsas səbəb isə, arvadının uşaqlarını döyməsi olmuşdur. Aralarında baş vermiş münaqişə zamanı onu döyməmiş və yaxud ona dabankeşlə vuraraq xəsarət yetirməmişdir. Sadəcə o, küçədə səs-küy saldığı üçün onu paltarından dartaraq həyətə gətirmişdir. Bu zaman Faydagülün paltarı çırılmışdır. Faydagül cavan ölmüş atasının ruhuna təhqiramiz ifadələr işlətmişdir. O, qaynına zəng etmiş, telefon danışığı zamanı qaynı ilə bir-birlərini qarşılıqlı olaraq təhqir etmişlər. Hazırda baş verən hadisəyə görə təəssüf hissi keçirir. Aralarında barışıq yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə əri Şəxs onu vuraraq xəsarət yetirmişdir. Bundan qabaqda da onu dəfələrlə döymüşdür. Onunla barışmaq fikri yoxdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçidir və müvafiq qaydada tənbeh olunmasını xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs və X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və qərarın Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün inzibati ərazidə xidmət aparan sahə inspektoruna göndərilməsi qərara alınmışdır. -Həmin qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsindən daxil olmuş məhkəmə tibbi ekspertizasının 297 nömrəli, xx.xx.2025-cü il tarixli rəyinə əsasən “X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-alının, sol əlin, sağ budun qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğu gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs, xx.xx.2025ci il tarixdə Binə qəsəbəsində həyat yoldaşı X2 vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirməsi səbəbindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -AZA seriyalı, 019976 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs inzibati xətanı törətməsini, yəni zərərçəkmiş şəxs Faydagül Ağayevanı döyməsini etiraf etməsə də, işin hallarından görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində yaşadıqları evdə Faydagül Ağayevanı aralarında baş vermiş münaqişə zəmnində döyərək sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Qeyd olunan hal iş materialları, həmçinin məhkəmə iclasında zərərçəkmiş şəxsin və məhhkəmə-tibb ekspertizasını rəyi ilə öz təsdiqini tapır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-757/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-757/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver