Məhkəmə qərarları › İş №3(003)-758/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-758/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-758/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şəxs (bundan sonra Şəxs MMC) nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 347-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhəri Səbail rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs MMC mülkiyyətində və ya istifadəsində olan “Hyundai H1” mikroavtobus markalı **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqana bu barədə sorğusu daxil olduğu vaxtdan 05 (beş) gün müddətində verilməmişdir. Bu barədə Bakı şəhər Səbail rayon DYPŞ polis baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında 29.04.2021-ci il tarixdə İXP ******* №-li protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 cəmiyyətin direktorun birinci müavini Mustafa Əzimovun məktubunu məhkəməyə təqdim edərək göstərdi ki, Şəxs MMC-nə məxsus **-JM-*** dövlət qeydiyyat nişanlı “Hyundai H1” markalı avtonəqliyyat vasitəsi, “xxxx” MMC ilə “xxxx” X6 MMC arasında bağlanılmış avtonəqliyyat vasitəsinin icarəsinə dair SWA-091/2019 saylı 09.09.2019-cu il tarixli müqaviləyə əsasən “xxxx” X6 MMC tərəfindən istismar edilir və bundan irəli gələrək də sonuncu həmin avtonəqliyyat vasitəsinə görə tam şəkildə məsuliyyət daşıyır. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəxs MMC ilə “xxxx” X6 arasında olan 09 sentyabr 2019-cu il tarixli SWA-091/2019 saylı müqaviləsindən görünür ki, “Hyundai H1” mikroavtobus markalı **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarə əsasında 09 sentyabr 2020-ci il tarixədək “xxxx” X5 verilmişdir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən əgər icarəçi bu müqavilənin müddəti bitdikdən sonra icarəyə verilən avtonəqliyyat vasitəsini istifadə etməyə davam edirsə və icarəyə verənin etirazı olmadıqda, müqavilə hər növbəti təqvim ilinin sonuna kimi uzadılmış hesqab edilir. Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon DYPŞ Şəxs MMC-yə mülkiyyətində və ya istifadəsində olan “Hyundai H1” mikroavtobus markalı **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqana bu barədə sorğusu daxil olduğu vaxtdan 05 (beş) gün müddətində verilməsini xahiş etmişdir. Qeyd edilən müddət ərzində sorğuya cavab verilmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında 29.04.2021-ci il tarixdə İXP ******* №-li protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmədə iclasında adıçəkilən “Hyundai H1” mikroavtobus markalı **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarə əsasında “xxxx” X5 verilməsi müəyyən edilmişdir. Göründüyü kimi, “Hyundai H1” mikroavtobus markalı **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs MMC-ni mülkiyyətində olmasına baxmayaraq, icarə müqaviləsinə əsasən hazırda “xxxx” X3 istifadəsində olduğundan, Şirkət tərəfindən sorğuya cavab verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 53,105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar