Məhkəmə qərarları › İş №3(003)-758/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-758/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-758/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkbərov Tərlan Xanəli oğlu, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1993-cü ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 327.1, 337.3 və 334.3-cü maddələri ilə tərtib edilmiş Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: 14 may 2022-ci il tarixdə Xəzər rayonu Qala qəsəbəsi istiqamətində avtomobil yolunun 13-cü km-də “MERCEDES” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş halda idarə edərək yol kənarında olan dəmir manelərə çırpılmışdır. Hadisə ilə bağlı Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən 14 may 2022ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1 və 334.3-cü maddələri ilə İXP ******* saylı və Azərbaycan Respublikası İXM-nin 337.3-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru, polis kapitanı X2 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 14 may 2022-ci il tarixdə Xəzər rayonu Qala qəsəbəsi istiqamətində avtomobil yolunun 13-cü km-də “MERCEDES” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş halda idarə edərək yol kənarında olan dəmir manelərə çırpılmışdır. Bu səbəbdən barəsində müvafiq protokol tərtib edilmişdir. Əməlindən peşmandır. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan 1/2128 nömrəli 14 may 2022-cu il itarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoqol dərəcəsi 1.161 promil olmuşdur. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin məktubundan görünür ki, hadisə zamanı dövlət hesabına inşa edilmiş həmin yolun kənarındakı təhlükəsizlik səddinin 12 (on iki) p/m hissəsi yararsız hala düşərək yol təsərrüfatına 1132,80 (bir min yüz otuz iki manat, səksən qəpik) manat ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Xəzər Rayon Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar