Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-758/2025 21.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Xəzər rayon DYPŞ-nin polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Masallı rayonu Lürən kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 22 fevral 2025-ci il tarixdə “Changan” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmuş, yol hərəkəti qaydalarını pozmuşdur. Şəxs barəsində Xəzər rayonu X8 Şöbəsinin inzibati təcrübə üzrə inspektoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 21 aprel 2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs Xəzər rayon DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkar edilməsi istiqamətində DYPŞ-nin əməkdaşlarına təhkim olunmuş “BMW” markalı, **-YP-*** çağırışlı yol-patrul xidməti avtomaşını ilə Bakı şəhəri, Xəzər rayonu inzibati ərazisində Binə qəsəbəsi istiqamətində xidmətdə olarkən “Changan” markalı, **-UA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü manevr qaydalarını pozduğuna və qeyri-adekvat hərəkətləri şübhə doğurduğuna görə sonuncuya “Saxla” əmri verilmiş, sürücü qəti şəkildə tabesizlik göstərdiyindən təqib edilərək nəqliyyat vasitəsi saxlanılarkən sürücüyə yaxınlaşdıqda kəskin spirt qoxusu gəldiyindən sürücü sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün sərxoşluq müayinəsinə dəvət edilmiş, sürücü “BMW” markalı, **-YP-*** çağırışlı yol-patrul xidməti avtomaşınına quraşdırılmış xüsusi texniki vasitə olan Alkotester vasitəsi ilə yoxlanılarkən alkoqolun miqdarı 0,818 olmuşdur. Həmçinin yol-patrul xidməti avtomaşınına quraşdırılmış bortkompyuter xüsusi texniki vasitəsinin köməyi ilə sürücünün şəxsiyyəti müəyyən edilərək Şəxs olması məlum olmuşdur. Sürücü bundan sonra polisin qanuni tələblərini yetirməyərək idarə etdiyi nəqliyyat vasitəsini yüksək sürətlə hərəkət edərək qaçmış, hərəkətini sağa və sola, daha sonra müxtəlif küçələrdə davam etdirərək ictimai qaydanı nümayişkaranə şəkildə kobud halda pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə nəticədə avtoxuliqanlıq etmişdir. Bundan sonra sürücü idarə etdiyi nəqliyyat vasitəsilə dayanmadan hərəkətini davam etdirdiyindən yolda olan bir neçə nəqliyyat vasitəsinə, həmçinin hava şəraitinin qarlı və yağışlı olduğundan ətrafda olan piyada şəxslərə real təhlükə yaratmışdır. Özü əməli etiraf etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, 22 fevral 2025-ci il tarixdə “Changan” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşıyan zaman yol polisinin avtomobili onun arxasınca gəlmişdir. O, qəsəbə arası dağınıq yollarla hərəkət etmişdir. Cərimə olunmaması üçün polisin saxla əmrinə tabe olmamışdır. Avtomobili idarə edərkən qarşısına çıxan başqa maşınla toqquşmuşdur. İş materiallarına əlavə edilmiş videogörüntüdən görünür ki, Şəxs 22 fevral 2025-ci il tarixdə ağ rəngli “Changan” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, yol polisinin saxla əmrinə tabe olmamış, digər nəqliyyat vasitəsi ilə qəza törədərək hərəkətlərini davam etdirmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun ifadəsi, iş materialları və videogörüntü ilə sübuta yetirilmiş, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə - mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, X2 törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri - nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesab edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 X1 həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-758/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-758/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver