Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-759/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 2-ci PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən 27 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, o, 27 may 2022-ci il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsində 2-ci Polis Şöbəsinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Xəzər RPİ 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X6 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Xəzər RPİ-nin PPXB-nin polis nəfərləri S.Səlimov və C.Bağırov 27 may 2022-ci il tarixdə Buzovna qəsəbəsində 6351 çağırışlı avtopatrulla xidmət aparan zaman saat 10:20 radələrində “Şahbulaq” restoranının qarşısında bir nəfər şəxsin YPX əməkdaşları ilə mübahisə etdiklərini görüb onlara yaxınlaşmış və həmin vətəndaşı 2-ci PŞ-nə dəvət etmişlər. Eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Baş X9 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti alayının yol-patrul xidməti baş inspektoru, polis leytenantı X2 və həmin alayın xidməti inspektoru polis baş serjantı X4 27 may 2022-ci il tarixdə saat 10 radələrində xidmət apardıqları Buzovna qəsəbəsi Albalılıq yolunda xidməti avtopatrulla sürət həddini aşan sürücülərlə bağlı aypatrulla qanuni çəkiliş apardıqları zaman bir vətəndaş əlində mobil telefonla qanunsuz çəkilişlər apararaq təhqir edici ifadələr işlətməklə polisin şərəf və ləyaqətini alçaldaraq, hədə-qorxu gəlmiş və onların qanuni işinə maneçilik törədib tabesizlik göstərmişdir. Dərhal əraziyə Xəzər RPİ PPX-nin əməkdaşları dəvət olunaraq həmin vətəndaş Xəzər RPİ 2-ci PŞ-nə gətirilmişdir. 2-ci PŞ-də həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Adları çəkilən polis əməkdaşları 2-ci PŞ-nin rəhbərliyinə raportla müraciət edərək həmin vətəndaşın barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf etməyərək göstərdi ki, o, bundan əvvəl Buzovna qəsəbəsi “Şahbulaq” restoranının qabağından keçərkən beş dəfə, sonuncu dəfə isə 11 may 2022-ci ildə radara düşmüş və ona cərimələr yazılmışdır. Həmin radarlarda inzibati xəta pozuntusu yeri xətanın baş verdiyi yer yox, digər ərazilər göstərildiyi üçün, o, bununla bağlı X9 İdarəsinin “Qaynar Xətt”inə müraciət etmiş, ona həmin yerin şəkillərinin çəkilib müraciət etməsi məsləhət görülmüşdür. Buna görə də o, 27 may 2022-ci il tarixdə, saat 10:20 radələrində sözügedən yerə gələrək aypatrulla çəkiliş aparan polis əməkdaşlarını telefon vasitəsilə çəkməyə başlamışdır. Əvvəlki müşahidələri ilə müəyyən etmişdir ki, həmin yerdə aypatrul avtomatik çəkilişlər aparsa da, yol polisi əməkdaşları aypatrulun yanında olmaq əvəzinə “Şahbulaq” restoranında yeyib-içməklə məşğul olurlar. O da polis əməkdaşlarının qanunsuz hərəkətlərini, aypatrulla qanunsuz çəkiliş apardıqlarını lazımi yerdə sübut etməkdən ötrü çəkiliş aparmağa başlamış, lakin bunu görən polislər ona mane olmağa çalışmış və aralarında sözlə mübahisə düşmüşdür. Mübahisə zamanı o, polislərin ünvanına nalayiq ifadələr işlətməmişdir. Polislər ona qarşı qərəzli davranmışlar. Özünü təqsirli bilmir, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilən Bakı şəhəri Baş X9 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti alayının yol-patrul xidməti baş inspektoru, polis leytenantı X2 bildirdi ki, 27 may 2022-ci il tarixdə saat 10 radələrində xidmət apardıqları Buzovna qəsəbəsi Albalılıq yolunda xidməti avtopatrulla sürət həddini aşan sürücülərlə bağlı aypatrulla qanuni çəkiliş apardıqları zaman bir vətəndaş onların avtopatrul maşınının yanından ötüb keçmiş, bir qədər irəlidən isə geriyə dönərək yenidən onların avtomaşınının yanından keçib sağ tərəfə dönməklə idarə etdiyi avtomaşını onların xidməti avtomaşınının qabağında saxlamış və yerə düşdükdən sonra əlindəki mobil telefonla qanunsuz çəkilişlər apararaq təhqir edici ifadələr işlətməklə onların şərəf və ləyaqətini alçaldaraq, hədə-qorxu gəlmiş və qanuni işlərinə maneçilik törətmişdir. Bununla əlaqədar onlar ona yaxınlaşaraq irad bildirmiş və aralarında söz mübahisəsi düşmüşdür. Onlar yenə həmin vətəndaşı nizam-intizama dəvət edib ictimai yerdə danışığına və hərəkətlərinə fikir verməsini dedikdə, o, daha da aqressivləşmiş, uca səslə lazımsız ifadələr işlədərək ətrafdakı şəxslərin diqqətini bu mübahisəyə cəlb etməyə, yol polisi əməkdaşlarını hörmətdən salmağa çalışmışdır. Buna görə də dərhal əraziyə Xəzər RPİ PPX-nin əməkdaşları dəvət olunaraq həmin vətəndaş Xəzər RPİ 2-ci PŞ-nə gətirilmişdir. 2-ci PŞ-də həmin şəxsin Şəxs olması müəyyən edildi. Məhkəmə iclasında şahid kimi dindirilən Bakı şəhəri Baş X9 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti alayının yol-patrul xidməti inspektoru polis baş serjantı X4 da şahid X1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs oğlu həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 27 may 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 27 may 2022-ci il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 27 may 2022-ci il tarixdə saat 10:30dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 27 may 2022-ci il tarixdə saat 10:30-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-759/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-759/2022
27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver