Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-762/2022 30.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə xx xxxx 1992-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, deməsinə görə avtomobil ustası işləyən və əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala Dayanacağı ünvanında faktiki yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 30 may 2022-ci il tarixli protokola əsasən Şəxs 30 may 2022-ci il tarixdə saat 02 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, əvvəllər sərxoş halda avtomobili qaçırtdığına görə Xəzər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 185-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur və halhazırda cəza çəkir. xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində içkili olmuş və tanışları ilə söhbət edərkən ucadan danışdığından polis əməkdaşları ona yaxınlaşmış və onu şöbəyə dəvət etmişlər. O, içkili olduğundan şöbəyə getməkdən imtina etmiş və polisə tabe olmamışdır. Buna baxmayaraq o, heç kəsin ünvanına nalayiq ifadələr işlətməmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə sərxoş halda Xəzər rayonu, Qala qəsəbəsi, Qala dayanacağı ərazisində ictimai qaydanı pozaraq uca səslə söyüşlər söymüş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş ƏÇPA-nın 11-ci patrul bölüyünün polis nəfərləri N.Nəcəfov, V.Hacıyev və Y.Yusifovun tərtib etdikləri xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində Qala stansiyada xidmət apararkən bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətdiyinə görə ona yaxınlaşmışlar. Həmin şəxsi nizam intizama dəvət etmişlər, lakin şəxs polis əməkdaşlarına tabesizlik göstərərək onları və onların rəhbərliyini nalayiq ifadələrlə təhqir edərək onları orqandan xaric edəcəyi ilə təhdid etmişdir. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə gətirdikdə təkrarən onları nalayiq ifadələrlə təhqir etmişdir. İş materiallarına əlavə olunmuş 1/1078 saylı xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi ortadır. Məhkəmə Şəxs əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 02:30-da inzibati qaydada tutulmuşdur. Buna görə məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vaxtdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 30 may 2022-ci il saat 02:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-762/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-762/2022
30.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver