Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-764/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, N.Hüseynov küçəsi, ev 18də qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 30 may 2022-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə X2 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsindəki darvazası olmayan həyətdən qaynaq aparatının rezakını oğurlayaraq Ş.S.Quliyevə 100 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı İman İmranov tərəfindən 30 mart 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 30 may 2022-ci il tarixli protokola əsasən Şəxs 29 yanvar 2022-ci il tarixdə X3 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsində yerləşən pəncərə və qapısı olmayan tikilidən armatur və boruları oğurlayaraq S.S.Məcidova 80-90 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Zaur Babayev tərəfindən 09 fevral 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 2012-ci ildə Azərbaycan Respublikası CM-nin 126.1, 221ci maddələri ilə təqsirli bilinərək 03 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Heç bir yerdə işləmədiyindən və maddi cəhətdən ehtiyacı olduğuna görə həmin oğurluq əməllərini törətmişdir. Əvvəllər tanımadığı şəxslər olan X1 Zirə qəsəbəsində yerləşən və darvazası olmayan həyətindən oğurladığı qaynaq aparatının rezakını Sabunçu bazarında tanımadığı şəxsə 20 manata, X3 məxsus olan Zirə qəsəbəsində yerləşən pəncərə və qapısı olmayan yarımtikilidən oğurladığı armatur və boruları isə 40 manata satmışdır. Zərər çəkmiş şəxslərin ziyanı ödənilməmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə X2 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsindəki darvazası olmayan həyətdən qaynaq aparatının rezakını oğurlayaraq Ş.S.Quliyevə 100 manat məbləğində zərər vurmuşdur. Bundan başqa, o, 29 yanvar 2022-ci il tarixdə X3 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsində yerləşən pəncərə və qapısı olmayan yarımtikilidən armatur və boruları oğurlayaraq S.S.Məcidova 80-90 manat məbləğində zərər vurmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon 1-ci PŞ-nin təhqiqatçısı İman İmranovun 30 mart 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 24 mart 2022-ci il tarixdə X2 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən evin həyətindən 100 manat dəyərində olan qaynaq aparatı oğurlanmışdır. Cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, X2 məxsus olan həyətdən qaynaq aparatını oğurlamış şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər rayon 1-ci PŞ-nin təhqiqatçısı Zaur Babayevin 09 fevral 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 29 yanvar 2022-ci il tarixdə X3 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq bağ massivində yerləşən həyətdən 80-90 manat dəyərində armatur və boruları oğurlanmışdır. Cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, S.S.Məcidova məxsus armatur və boruları oğurlamış şəxs(lər) müəyyən olunduqda barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Anar Əzizovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 qarşı törədilmiş xırda talama hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraat açılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi Habil Həsənovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 məxsus əmlakı oğurlayan şəxs müəyyən edilmədiyi üçün icraat dayandırılmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Anar Əzizovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 məxsus əmlakın oğurlanması ilə bağlı keçirilmiş tədbirlər nəticəsində hadisəni törətmiş Şəxs olması müəyyən edilmiş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə hesab edir ki, X3 məxsus əmlakın xırda talanması ilə bağlıŞəxs məsuliyyətə cəlb olunma müddəti keçməmişdir və o, inzibati məsuliyyətdən azad oluna bilməz. Məhkəmə Şəxs əməlləri etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, törətdiyi əməlləri, zərərçəkmiş şəxslərə zərərin ödənilməməsini nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 may 2022-ci il tarixdə saat 20:50-də tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 30 may 2022-ci il saat 20:50-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-764/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-764/2022
31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver