Məhkəmə qərarları › İş №3(003)-766/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-766/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-766/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxxxxx 1999-cu ildə Rusiya Federasiyası, Maykop rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, ilk dəfə inzibati məsuliyyətə cəlb olunan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 01 iyun 2022-ci il tarixli protokola əsasən Şəxs 29 may 2022-ci il tarixdə, saat 13:15-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Volkswagen Passat» markalı, **-NZ-*** dövlət nişanlı avtomobillə yol nişanının tələblərinə riayət etməyərək zərərəçəkmiş şəxsə maddi zərər vurmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələrində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 29 may 2022-ci il tarixdə, saat 13 radələrində sürücülük vəsiqəsi olmadan «Volkswagen Passat» markalı, **-NZ-*** dövlət nişanlı avtomobillə Xəzər rayonu, Buzovna qəsəbəsində «İDEA» istirahət mərkəzinin parkında geriyə doğru manevr edərkən dayanacaqda dayanmış «Nissan Juke» markalı, **-SJ-*** dövlət nişanlı avtomobili vurmuşdur. Həmin vaxt onun avtomobilinin sağ qabaq işığı və buferin sağ hissəsi əzilmişdir. Hadisə vaxtı avtomobilində xəstə olduğundan hadisə yerindən uzaqlaşıb getmişdir. Törətdiyi əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs 29 may 2022-ci il tarixdə, saat 13:15-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Volkswagen Passat» markalı, **-NZ-*** dövlət nişanlı avtomobillə yol nişanının tələblərinə riayət etməyərək zərərəçəkmiş şəxsə maddi zərər vurmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar