Məhkəmə qərarları › İş №3(003)-77/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-77/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-77/2022 14.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X1 Nəsimi rayon DYPŞ-nin Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X6 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 04 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: X7 şikayət ərizəsi ilə müraciət edərək Nəsimi rayon DYPŞ-nin Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X6 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 04 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayəti müdafiə edərək göstərdi ki, Nəsimi rayon DYPŞ-nin Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X6 tərəfindən 04 dekabr 2021-ci il tarixdə ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə) 60 manat cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar əsassızdır. Belə ki, «Opel Omega GL» markalı, **-SS-*** dövlət nömrə nişanlı avtomobil onun mülkiyyətindədir. 29 yanvar 2014-cü ildə həmin avtomobili idarə etmək üçün oğlu X2 ƏN-İİ 996113 nömrəli etibarnamə vermişdir. Həmin etibarnamə 46 saylı notariat kontorunda 7E-1491 nömrə ilə qeydə alınmış və 9 il 7 ay 1 gün müddətinə verilmiş və 30 avqust 2023-cü il tarixədək qüvvədədir. 03 dekabr 2021-ci il tarixdə oğlu Elşad Əlizadə «Opel Omega GL» markalı, **-SS-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Nəsimi rayon DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, yolda manevr qaydalarının pozulması və sürət həddinin aşılması ilə müvəqqəti saxlama meydançasına aparılmışdır. Orxan adlı inspektor bildirib ki, narahat olma bu işə sabah 3 nömrəli otaqda Rəşad adlı inspektor baxacaqdır. Rəşad adlı şəxs oğluna bildirib ki, cərimə 700 manatdır, lakin 250 manat versə bu məsələni bağlayaraq. Növbəti gün o, Nəsimi rayon DYPŞ-də olmuş və Rəşad adlı şəxs 250 manat ödəyəcəyi təqdirdə heç bir protokol yazılmayacağını demişdir. Bununla bağlı Rəşad adlı şəxsə iradını bildirmiş və ona heç bir protokol yazılmamış avtomobili cərimə meydançasından buraxılmışdır. 21 dekabr 2021-ci il tarixdə ona qərar göndərilərkən bilmişdir ki, o və oğlu əsassız olaraq cərimə olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Nəsimi rayon Dövlət yol polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Opel Omega GL» markalı, **-SS-*** dövlət nömrə nişanlı avtomobil X3 məxsusdur. İş materiallarına əlavə olunmuş 46 saylı notariat kontorunda 7E-1491 nömrə ilə qeydə alınmış 29 yanvar 2014-cü il tarixli, ƏN-İİ seriyalı 996113 nömrəli etibarnamənin surətindən görünür ki, X7 «Opel Omega GL» markalı, **-SS-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün X2 9 il 7 ay 1 gün müddətinə etibarnamə vermiş və etibarnamə 30 avqust 2023-cü il tarixədək qüvvədədir. İş materiallarına əlavə olunmuş Xəzər rayon DYPŞ-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 13 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 yol nişanının tələblərinə riayət etmədiyinə görə barəsində İXP seriyalı ******* nömrəli, 13 mart 2021-ci il tarixli protokol tərtib olunmuş və hazırki qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-920/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarından görünür ki, X5 inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-920/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərarı ilə vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. X5 cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)- 920/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərarına xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Nəsimi rayon DYPŞ-nin Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X6 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 04 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 nəqliyyat vasitəsinin sahibi olaraq nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.1-ci maddəsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. Məhkəmədə müəyyən olundu ki, «Opel Omega GL» markalı, **-SS-*** dövlət nömrə nişanlı avtomobilin sahibi X7 oğlu X3 həmin avtomobili idarə etmək üçün 9 il 7 ay 1 gün müddətinə etibarnamə vermiş və etibarnamə 30 avqust 2023-cü il tarixədək qüvvədə olmuşdur. X5 inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-920/2021 saylı, 30 iyul 2021ci il tarixli qərarı ilə vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmış və həmin qərar qanuni qüvvəyə mindiyindən X5 nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə hesab olunmuşdur. Ona görə də, Nəsimi rayon DYPŞ-nin Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X6 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 04 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 nəqliyyat vasitəsinin sahibi olaraq nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verdiyinə görə düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X7 TP seriyalı ******* nömrəli 04 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı 21 dekabr 2021-ci il tarixdə almış və 30 dekabr 2021-ci il tarixdə həmin qərardan şikayəti rabitə orqanına təqdim etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Nəsimi rayon DYPŞ-nin Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X6 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 04 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar