Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-770/2022 13.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlgar Alievin və zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə 17 iyun 1974-cü il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gürcüstan Respublikası Bolnisi rayonunun Darvaz kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda fərdi evdə yaşayan İlgar Aliev barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən 10 may 2022-ci il tarixdə İlgar Aliev idarə etdiyi “Mercedes BenzAveo” markalı **-EX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda olan “Mehriban qonşular” adlanan ərazidə yerləşən ara küçədə təxminən 20 km\saat sürətlə hərəkətdə olarkən qarşıda təxminən 20 metr məsafədən 6-7 yaşlı bir uşağın yolun sol tərəfində dayanmasını gördüyündən uşağın yolu keçməsi üçün avtomobili saxlamış, lakin uşaq yerindən tərpənmədiyindən hərəkəti davam etdirmiş, həmin vaxt piyada 2015-ci il təvəllüdlü X3 yolu əks istiqamətə keçdiyindən avtomobilin sol ön buferi ilə onu vurmuş, nəticədə X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Hadisə ilə bağlı Xəzər RPİ tərəfindən 26 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Xəzər RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Xəzər RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs göstərdi ki, 10 may 2022-ci il tarixdə İlgar Aliev idarə etdiyi “X8” markalı **-EX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda olan “Mehriban qonşular” adlanan ərazidə yerləşən ara küçədə oğlu X3 vurmuşdur, nəticədə o, yüngül dərəcəli bədən xəsarəti almışdır. X5rşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlgar Aliev Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 10 may 2022-ci il tarixdə idarə etdiyi “X8” markalı **-EX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Binə qəsəbəsi Südçülük sovxozunda olan “Mehriban qonşular” adlanan ərazidə yerləşən ara küçədə X2 avtomobilin sol ön buferi ilə onu vurmuş, nəticədə Rövşən Mustafazadə yüngül dərəcəli bədən xəsarəti almışdır. İlk dəfə, həm də ehtiyatsızlıqdan törətdiyi əməlindən peşmandır. Bunu nəzərə alınaraq ona yüngül inzibati tənbehverilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 10 may 2022-ci il tarixli, 529 saylı rəyində görünür ki, X1 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – alının, sol gicgah nahiyyəsinin sıyrıqları, sağ əlin və çanağın yumşaq toxumalarının əzilməsi aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmiş, törənmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 may 2022-ci il tarixli qərardan müəyyən olunur ki, 10 may 2022-ci il tarixdə İlgar Aliev idarə etdiyi “Mercedes BenzAveo” markalı **-EX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda olan “Mehriban qonşular” adlanan ərazidə yerləşən ara küçədə təxminən 20 km\saat sürətlə hərəkətdə olarkən qarşıda təxminən 20 metr məsafədən 6-7 yaşlı bir uşağın yolun sol tərəfində dayanmasını gördüyündən uşağın yolu keçməsi üçün avtomobili saxlamıç, lakin uşaq yerindən tərpənmədiyindən hərəkəti davam etdirmiş, həmin vaxt piyada 2015-ci il təvəllüdlü X3 yolu əks istiqamətə keçdiyindən avtomobilin sol ön buferi ilə onu vurmuş, nəticədə Rövşən Mustafazadə yüngül dərəcəli bədən xəsarəti almışdır. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İlgar Alievin əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, İlgar Alievin Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İlgar Aliev Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-770/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-770/2022
13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver