Məhkəmə qərarları › İş №3(003)-771/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-771/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-771/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən 03 aprel 2022-ci il tarixdə Xəzər rayonu Mərdəkan qəsəbəsi “Əncirli” marketin yaxınlığında Şəxs “Mercedes” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi nəticəsində, həmin avtomobilin qapısından tutmuş Zərərçəkmiş şəxs yerə yıxılaraq yüngül dərəcəli bədən xəsarəti almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 24 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 03 aprel 2022-ci il tarixdə Xəzər rayonu Mərdəkan qəsəbəsi “Əncirli” marketin yaxınlığında Şəxs “Mercedes” markalı **- CG-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb getmək istəyərkən avtomobilin qapısından tutmuş, nəticədə o, yerə yıxılaraq yüngül dərəcəli bədən xəsarəti almışdır Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin 18 aprel 2022-ci il tarixli, 11/t saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sağ yarısının əzilməsi və burunun əzilməsi diaqnozu qoyulmuşdur. Həmin xəsarətlərin törənmə müddətləri onun “X2” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 02 aprel 2022-ci il tarixə və şəraitə uyğun gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 may 2022-ci il tarixli qərardan müəyyən olunur ki, 03 aprel 2022-ci il tarixdə Xəzər rayonu Mərdəkan qəsəbəsi “Əncirli” marketin yaxınlığında Şəxs “Mercedes” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi nəticəsində, həmin avtomobilin qapısından tutmuş Zərərçəkmiş şəxs yerə yıxılaraq yüngül dərəcəli bədən xəsarəti almışdır. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 yanvar 2022-ci il tarixli 8/3358 nömrəli rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mersedes-Benz 220” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar