Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-772/2023 10.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdim: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən 10 aprel 2023-da il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib olunmuş inzibati xəta haqqında 10 aprel 2023-da il tarixli MN ******* saylı protokol onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin 2(003)-543/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradlmış maneə cavabdehlər Şəxs və X1 tərəfindən aradan qaldırılmalıdır. Lakin Şəxs icra sənədinin icrasını təmin etməkdən boyun qaçırdaraq qeyd olunan ünvanda tikinti işləri aparmışdır. İnzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən olundu ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş material məhkəməyə natamam şəkildə təqdim olunmuşdur. Bu səbəbdən də inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həmin qərar qanuni qüvvəsini almamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, inzibati material natamam olduğundan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-772/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-772/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver