Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-772/2024 19.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Cərimədən azad edilməsi barədə X1 şikayətini nəzərdən keçirərək, müəyyən etdim: X3 şikayət ərizəsi ilə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixldə qəbul edilmiş MN ******* saylı qərarı əsasında cərimədən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdikdən sonra hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest vermək hüququnu müəyyən etmişdir. Hazırki iş üzrə şikayətçi inzibati tənbeh vermə haqqında qərardan şikayət deyil, inzibati tənbeh vermə haqqında qərar əsasında tətbiq edilmiş cəzadan azad edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir ki, bu hal qanunvercilikdə nəzərdə tutulmamışdır. Bundan başqa qeyd edirəm ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2 və 130.3-cü maddələrinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göründüyü kimi qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət vermək hüququnu və şikayət vermək müddətini müəyyən etmişdir. Hazırda hesab edilsə ki, şikayətçi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu zaman isə iş materiallarında olan qərarından şikayt vermiş orqanın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə şikayətçinin ünvanına göndərilmişdir. Belə olan halda isə müəyyən olunur ki, şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməmişdir. Hazırki şikayət ərizəsinə isə müddətinin bərpası və ya müddətinin ötürülməməsi barədə vəsatət əlavə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı işin icraatını rədd edən hallar mövcudluğunu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu məsələsini həll edir. Göstərilənlərə əsasən, hesab edirəm ki, şikayət qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilmədiyindən, həmçinin şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməsi barədə sənədlər, həmçinin qeyd olunan müddətdə verilmədiyi halda isə buraxılmış müddətin bərpası barədə vəsatət şikayət ərizəsinə əlavə edilmədiyindən şikayətə baxılması mümkün deyil və şikayət geri qaytarılmalı, X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: cərimədən azad edilməsi barədə X1 şikayəti geri qaytarılsın. X2 şikayətin qaytarılmasına əsas olmuş nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-772/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-772/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver