Məhkəmə qərarları › İş №3(003)-774/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-774/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-774/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 07 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ailəli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, ev 53-də yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov tərəfindən tərtib olunmuş 11 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il, xx.xx.2016-cı il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Şəxs 12875,80 manat məbləğində pul alınıb X4 ödənilməlidir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs cəmi 5187 ABŞ dolları məbləğində borc, 30 manat dövlət rüsumu tutularaq X1 ödənilməlidir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 5530 manat məbləğində borc tutularaq X2 ödənilməlidir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 777 ABŞ dolları məbləğində borc tutularaq X3 ödənilməlidir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 4506,53 manat məbləğində borc tutularaq X4 ödənilməlidir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 517 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs və qeyrilərindən birgə qaydada 554,16 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və cavablar alınmışdır. İcra sənədləri üzrə borclu bu günə kimi heç bir ödəniş etməmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində 2020-ci ilin iyun ayında axtarış qərarı qəbul edilmişdir. Borclu bu gün saat 11:30-da icra şöbəsinə gəlmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədlərinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, hazırda taksi fəaliyyəti ilə məşğul olur. "xxxx" MMC-yə olan borcundan bir hissəsini və digər borcundan 400 manat ödəniş etmişdir. Lakin ödənişlər barədə sənəd təqdim edə bilmir. Qalan borclarından da ödəniş etməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 12875,80 manat məbləğində pul alınıb X4 ödənilməlidir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 5187 ABŞ dolları məbləğində borc, 30 manat dövlət rüsumu tutularaq X1 ödənilməlidir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 5530 manat məbləğində borc tutularaq X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 777 ABŞ dolları məbləğində borc tutularaq X1 ödənilməlidir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 4506,53 manat məbləğində borc tutularaq X4 ödənilməlidir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 517 manat məbləğində borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs və qeyrilərindən birgə qaydada 554,16 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cü il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Xəzər Rayon Məhkəməsinin yuxarıda qeyd olunan icra sənədləri üzrə icraata başlamaq barədə qərarlar qəbul edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 2020-ci il iyun tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 25 gün müddətinə inzibati həbs olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində gətirilmə və axtarış qərarları qəbul edilmişdir. Bundan başqa, məhkəmədə müəyyən olundu ki, Xəzər Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 25 gün müddətinə inzibati həbs olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi hesab edir. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30-da icra şöbəsinə gəlmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 11 aprel 2023-cü il tarixdən, saat 11:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar