Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-78/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, məhkəmə iclas katibi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Bölməsinin sahə inspektoru polis leytenantı X2 iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi bağ 2/42-2/42A ünvanında qeydiyyatda olan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Bölməsinin sahə inspektoru polis leytenantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Bölməsinin sahə inspektoru polis leytenantı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, qeyd etmiş və barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, o, narkotik vasitədən ən son dekabr ayında marixuanadan istifadə edib, onun asıllığı yoxdur. Məhkəmə proses iştirakısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)-8249/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarda göstərilmişdir ki, inzibati xəta haqqında materiala əlavə edilmiş 8008 saylı, 28 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloii X7 Şəxsi Ambulator X1 rəyindən görünür ki, Şəxsdan götürülmüş nümunədə MOP(+), MET(+), THC(+) aşkar olunmuş, onda obpioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolii dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin xx.xx.2025-ci il tarixli 72 nömrəli rəyə əsasən Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. tutma haqqında protokoldan görünür ki, Şəxs 08 yanvar 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olması sübuta yetirilmir. Belə ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, Şəxs, xx.xx.2024-cü il tarixli nakoloji tibbi yoxlamaya dair rəy əsasında həmin tarixli məhkəmə qərarı ilə narkotik vasitədən istifadə etməsində təqsirli bilinərək barəsində inzibati tənbeh tənbiri tətbiq edilmişdir. Bu haldan sonra təxminən 13 gün müddətində Şəxs bu inzibati xətanı törətməkdə davam etməsi barədə isə iş üzrə mötəbər sübutlar təqdim edilməmişdir. İnzibati xəta haqqında protokolda onun tərəfindən narkotik vasitədən istifadə etməsi göstərilsə də, narkotik vasitənin nə zaman əldə etməsi və istifadə etməsi göstərilməmiş, həmçinin bu barədə hər hansı bir inzibati araşdırma aparılmamışdır. Hazırki iş üzrə xx.xx.2025-ci il tarixdə aparılmış məcburi narkoloji tibbi yoxlamanın nəticəsinə dair xx.xx.2025-cü il tarixli, 72 nömrəli rəyin isə hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən sonra Şəxs tərəfindən narkotik vasitədən istifadə edilməsinin sübutu kimi qəbul edilməsini məhkəmə mümkün hesab etmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdən sonra narkotik vasitədən istifadə etməsinə dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Şəxs məhkəmə iclasında bildirdiklərinə görə isə sonuncu dəfə 25-30 gün əvvəl narkotik vasitədən istifadə etmişdir. Həmçinin məhkəmə nəzərə alır ki, həm 28 dekabr 2024-cü il tarixdə, həm də xx.xx.2025-ci il tarixdə aparılmış məcburi narkoloji tibbi yoxlama zamanı Şəxs sidik nümunəsində eyni növlü narkotik vasitələrin istifadə etməsi aşkar edilmişdir. Bu zaman məhkəmə qeyd edir ki, xeyli müddətdə və mütəmadi olaraq müxtəlif növlü narkotik vasitələrdən istifadə etmiş şəxsdə əvvəlki yoxlamadan 13 gün sonra da onun sidiyində narkotik vasitələrin istifadə etməsinin aşkar olunması qəbul edilən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, bu şübhələrin aradan qaldırılması üçün məhkəməyə onun təqsirli olmasına dəlalət edən sübutlar təqdim edilməməklə məhkəmə araşdırılması zamanı da müəyyən ediləmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyi üçün xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-78/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-78/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver