Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-782/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmələrinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş 13 may 2022-ci il tarixli, MN ******* saylı protokol və 13 may 2022-ci il tarixli, MN ******* saylı protokol, həmçinin həmin protokollara əlavə edilmiş sənədlər baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs1 və Şəxs2 06 may 2022-ci il tarixdə X3 məxsus “Kia Optima” minik markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomaşına əlləri ilə zərbə vuraraq ona maddi ziyan vurmuşdur. Qeyd edilən faktla bağlı X1 Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, şöbənin təhqiqatçısı Anar İsayevin 06 may 2022-ci il tarixli qərarı ilə P.Orucovanın şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs1 və Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbirlərin görülməsi qərara alınmışdır. Daha sonra onlar barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi və barəsində inzibari xəta haqqında iş üzrə icraat aparılan şəxslər məhkəmə iclasına gəlməmişlər və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokollar və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 03 iyun 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs1 və Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbirlərin görülməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 13 may 2022-ci il tarixli, MN ******* saylı protokolundan görünür ki, Şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 13 may 2022-ci il tarixli, MN ******* saylı protokolundan görünür ki, Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi barədə məsələləri həll edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təhqiqat orqanı tərəfindən Şəxs1 və Şəxs2 əməlində cinayət tərkibinin olmadığı üçün onlar barəsində cinayət işinin başlanılması rədd edilmiş və həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbirlərin görülməsi qərara alınmışdır. Lakin Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi sahə inspektoru, polis kapitanı Xəyal İbişov hər iki şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq, həmin protokollar ayrıayrılıqda deyil bir müşayətedici məktubla baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərtib edilmiş protokollarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərə onların hüquqları və vəzifələrinin izah edilməsi ilə bağlı müvafiq qeyd aparılmamışdır. Həmin protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərə təqdim edilməsi ilə bağlı hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Halbuki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin tərtib edilmiş protokolun surətini almaq hüququ vardır. Yalnız protokolların sonunda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin imza etməkdən imtina edilməsi qeyd edilmişdir ki, həmin qeyd də protokol tərtib etmiş şəxsin imzası ilə təsdiq edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə qənaətə gəlir ki, Şəxs1 və Şəxs2 barəsində daxil olmuş inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019cu il-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 109, 110, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs1 və Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 13 may 2022-ci il tarixli, MN ******* saylı və 13 may 2022-ci il tarixli, MN ******* saylı protokollar və həmin protokollara əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-782/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-782/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver