Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-782/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinin X9 Şöbəsinin 25 aprel 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və onun barəsində tərtib edilmiş protokol üzrə olan 400 manat cərimə məbləğinin silinməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 25 aprel 2025ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və onun barəsində tərtib edilmiş protokol üzrə olan 400 manat cərimə məbləğinin silinməsini xahiş etmişdir X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin polis mayoru X3 tərəfindən 25 aprel 2025-ci il tarixli TP ******* Tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixdə avtomobillə hərəkətdə olarkən polis əməkdaşı tərəfindən saxlanılaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə olunmuşdur. Onun barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatı olmamışdır. Ona görə də barəsində tərtib edilmiş qərar qanunsuz tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq, o, barəsində qəbul edilmiş 25 aprel 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində tətbiq edilmiş 400 manatın silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinin X9 Şöbəsinin 25 aprel 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 11:49-da “X7” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5788/2024 saylı 14 noyabr 2024-cü il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə barəsində 06 ay müddətinə nəqliyyat vasitəsinin idarə etmə hüququ məhdudlaşdırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5788/2024 saylı 15 aprel 2025-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsi ilə barəsində tətbiq edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5788/2024 saylı 14 noyabr 2024-cü il tarixli qərarına xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5788/2024 saylı 14 noyabr 2024-cü il tarixli qərarının icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilsədə, həmin bildirişin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə və şəxsin özünə çatdırılmasını təsdiq edən heç bir məlumat olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 529.3. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 14 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 25 aprel 2025-ci il tarixli TP ******* tarixli inzibati tənbeh vermə haqqında qərarda X4 xx.xx.2025-ci il tarixdə saat 11:49-da “X7” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 14 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 25 aprel 2025ci il tarixli TP ******* tarixli qərarda inzibati xətanın X4 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Eyni zamanda məhkəmə hesab edir ki, şəxsin barəsində sürücülük hüququnun məhdudlaşdırılması qərarının olmasından xəbəri olmayıb, çatdırılma yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində 14 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 25 aprel 2025-ci il tarixli TP ******* tarixli qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən 14 aprel 2024cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 25 aprel 2025-ci il tarixli TP ******* tarixli qərar ləğv edilməli və onun barəsində tərtib edilmiş protokol üzrə olan 400 manat cərimə məbləği silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən 14 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 25 aprel 2025-ci il tarixli TP ******* tarixli qərar ləğv edilməli və onun barəsində tərtib edilmiş protokol üzrə olan 400 manat cərimə məbləği silinsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-782/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-782/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver