Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-783/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş 03 iyun 2022-ci il tarixli, MN ******* saylı və 03 iyun 2022-ci il tarixli, MN ******* saylı protokol və həmin protokollara əlavə edilmiş sənədlər baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 24 may 2022-ci il tarixdə X3 məxsus “Chevrolet Cruze” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşının qapısına dizi ilə vuraraq ona maddi ziyan vurmuşdur. Bundan əlavə Şəxs 03 iyun 2022-ci il tarixdə X4 ilə mübahisə zamanı İ.Məmmədova məxsus avtomobilə maddi ziyan vurmuşdur. Qeyd edilən faktla bağlı X1 Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, şöbənin təhqiqatçısı Nihad Mustafayevin 03 iyun 2022-ci il tarixli qərarı ilə İ.Məmmədovun şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə inzibati tədbirlərin görülməsi qərara alınmışdır. Daha sonra onun barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi və barəsində inzibari xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokollar və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 03 iyun 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə inzibati tədbirlərin görülməsindən ötrü qərarın surətinin aidiyyəti əməkdaşlara həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin 03 iyun 2022-ci il tarixli, MN ******* saylı protokolundan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməlidir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi barədə məsələləri həll edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təhqiqat orqanı tərəfindən Şəxs əməlində cinayət tərkibinin olmadığı üçün onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbirlərin görülməsindən ötrü qərarın surətinin aidiyyəti əməkdaşlara həvalə edilməsi qərara alınmışdır. Lakin Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi sahə inspektoru, polis mayoru Əsəd Əsədov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli və həmin protokolda inzibati xətaya görə məsuliyyəti nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi göstərilməlidir. Göründüyü kimi hazırki iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokollarda şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilmişdir. Bununla da inzibati protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbi pozulmuşdur. Belə ki, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 232.1-ci maddəsi mövcüd deyildir. Şəxs istinad edilən inzibati xəta isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin dispozisiyasına uyğundur. Məhkəmə yuxarıda qeyd edilənləri inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə qənaətə gəlir ki, Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019cu il-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 109, 110, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə tərtib edilmiş 03 iyun 2022-ci il tarixli, MN ******* saylı və 03 iyun 2022-ci il tarixli, MN ******* saylı protokollar və həmin protokollara əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-783/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-783/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver