Məhkəmə qərarları › İş №3(003)-789/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-789/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-789/2022 07.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun, X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 20 may 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə subay, 2 uşağı olan, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu, nömrəsiz evdə qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov tərəfindən tərtib olunmuş 07 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Xəzər Rayon Məhkəməsinin 2(003)-57/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Şəxs X3 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Şəxs X3 xeyrinə, hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu Şəxs bu günədək cəmi 540 manat ödəniş etmiş və hazırda onun borcu 1560 manat təşkil edir. Borclu icra şöbəsinə gəlmədiyinə görə xx.xx.2022-ci il tarixdə barəsində axtarış qərarı qəbul edilmişdir. O, bu gün saat 12:00-da icra şöbəsinə gəlmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, xəstə olduğuna görə heç bir yerdə işləmir. Buna baxmayaraq hissə-hissə də olsa tələbkara ödənişlər etmiş, sonuncu dəfə 2022-ci ilin may ayında 70 manat ödəniş etmişdir. Borcunun ödənilməsi üçün məhkəmədən ona vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 göstərdi ki, borclu son 2-3 ay ərzində hissə-hissə cəmi 540 manat ödəniş etmişdir. Sonuncu dəfə 2022-ci ilin may ayında 30 manat pul ödəmişdir. O, uşaqları ilə birgə kirayədə yaşayırlar və çox vaxt yeməyə pul tapmırlar. Bu səbəbdən onun qonşularına, tanışlarına və qohumlarına borcu vardır. Şəxs borcun ödənilməsi üçün məhkəmə tərəfindən vaxt verilməsini istəmir. Belə ki, borclu söz verib, sözünə əməl etməyəcək və məsuliyyətdən qaçıb gizlənəcəkdir. O, Şəxs barəsində həbs cəzasının təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-57/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Şəxs X3 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Şəxs X3 xeyrinə, hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini tam olaraq heç bir üzürlü səbəb olmadan icra etməmiş və hazırda onun icra sənədi üzrə olan borcu 1560 manat təşkil edir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarı qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini, heç yerdə işləməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00-da icra şöbəsinə gəlmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 07 iyun 2022-ci il tarixdən, saat 12:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar