Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-79/2022 06.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar Hüseynova Aysel Vəkil qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 87 Xəzər RPİ-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 06 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3694/2019 saylı 09 sentyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 26 iyul 2019-cu il tarixdən başlayaraq, 19 fevral 2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində aliment hesablanaraq iddiaçı Hüseynova (Mikayılova) Aysel Vəkil qızının xeyrinə tutulması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Xəzər Rayon Məhkəməsinin 2(003)-3694/2019 saylı 09 sentyabr 2019-cu tarixli icra vərəqəsini tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, icra vərəqəsi üzrə hal-hazıra qədər borclunun tələbkara 2660 manat aliment borcu yaranmışdır. Məhkəmənin gedişində borclu 2660 manat aliment borcunu tam ödəmişdir. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Hüseynova Aysel Vəkil qızı göstərdi ki, hal-hazıra qədər borclunun icra vərəqəsi üzrə 2660 manat aliment borcu qalmışdır. Məhkəmə baxışı zamanı borclu ona 2660 manat aliment borcunu tamamilə ödəmişdir. Borclunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində əvvəllər yaranmış çətinlikləri ilə bağlı borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində 2660 manat aliment borcu tam ödəmişdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş ərizənin surətindən görünür ki, borclu Şəxs icra sənədi üzrə borcunu tam olaraq tələbkar Hüseynova Aysel Vəkil qızı ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 2660 manat aliment borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində 2660 manat aliment borcunu tamamilə ödəmiş, tələbkara heç bir borcu qalmamışdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 87 Xəzər RPİ-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-79/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-79/2022
06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver