Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-790/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 5 fevral 2025-ci il tarixdə TK332 saylı İstanbul-Bakı aviareysi ilə gələn sərnişinlərdən, gömrük ərazisinə gömrük qaydalarının pozulması yolu ilə gətirilmiş, məcburi nişanlama ilə nişanlanmamış, ümumilikdə 9 blok (90 qutu) tütün məmulatı olan siqaretləri toplayaraq əldə etmiş, daha sonra həmin məhsulları idarə etdiyi “LADA Samara” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yerləşdirərək saxlamışdır. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinə əsasən - yəni Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş malların və ya nəqliyyat vasitələrinin digər şəxslər tərəfindən əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsinə görə inzibati araşdırma başlanmışdır. Aparılan araşdırma ilə əlaqədar kompleks məhkəmə-bioloji, kompyüter-texniki və əmtəəşünaslıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilir ki, təqdim edilmiş aksiz markası olmayan tütün məmulatları istifadəyə yararlıdırlar və xx.xx.2025-ci il tarixə olan orta bazar qiyməti təxminən 630 manat (altı yüz otuz) manat müəyyən edilmişdir. Həmçinin ekspert rəyində 3 qutu “Marİbro silver blue” markalı (aksiz markasız) siqaretlərin, 3 qutu “Parliament Platinium” (aksiz markasız) markalı siqaretlətin, 3 qutu “X3” (aksiz markasız) markalı siqaretlərin ekspertiza tədqiqatına sərf olunduğu qeyd olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən 21 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq onlar öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə' Ekspertizası Mərkəzinin 05 mart 2025-ci il tarixli, 7/284-9/1148 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş aksiz markası olmayan tütün məmulatları istifadəyə yararlıdırlar və xx.xx.2025-ci il tarixə olan orta bazar qiyməti təxminən 630 manat (altı yüz otuz) manat müəyyən edilmişdir. Həmçinin ekspert rəyində 3 qutu “Marİbro Silver Blue” markalı (aksiz markasız) siqaretlərin, 3 qutu “Parliament Platinium” (aksiz markasız) markalı siqaretlətin, 3 qutu “X3” (aksiz markasız) markalı siqaretlərin ekspertiza tədqiqatına sərf olunduğu qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan görünür ki, “LADA” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonundan 3 ədəd üzərində “UNİFREE İSTANBUL AİRPORT “ yazısı olan sollafan paketlər aşkar edildi. Həmin paketlərə baxış zamanı birinci sellofan paketin içərisindən 3 blok ( 30 qutu, 600 ədəd) “Parliament Platinum” markalı, ikinci sellofan paketin içərisindən 3 blok (30 qutu, 600 ədəd) “Marlboro silver blue” markalı və üçüncü selofan paketin içərisindən əlavə olaraq 3 blok ( 30 qutu, 600 ədəd) “X3” markalı olmaqla məcburi nişanlanma ilə naişanlanmayan ümumilikdə 9 blok (90 qutu, 1800 ədəd) tütün məmulatı olan siqaretlər, həmçinin həmin siqaretlərin alınmasına dair 3 ədəd satış qəbzi aşkar edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinin tərkib əlamətlərinin olduğu nəzərə alınaraq cinayət işinin materiallarından zəruri sənədlərin surətini çıxarıb baxılması üçün aidiyyatı üzrə Dövlət Gömrük Komitəsi İstintaq Baş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs çəfərqulu oğlu 5 fevral 2025-ci il tarixdə TK332 saylı İstanbul-Bakı aviareysi ilə gələn sərnişinlər tərəfindən gömrük ərazisinə gömrük qaydaları pozulmaqla məcburi nişanlama ilə nişanlanmamış, ümumilikdə 9 blok (90 qutu) tütün məmulatı olan siqaretlərin gətirilməsini bilə-bilə həmin malları toplayaraq eldə etmiş, daha sonra həmin məhsulları idarə etdiyi “LADA Samara” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yerləşdirərək saxlamışdır. Maddi sübutun ekspertiza tədqiqatından sonra qalıq sayı 27 qutu olan “X6” markalı, 27 qutu “Parliament Platinum” markalı, 27 qutu “Parliamnent Silver blue” markalı tütün məmulatlarının-siqaretlərin 17 mart 2025-ci il tarixli 146S/2025 SAYLİ AKTA ƏSASƏN “Azərterminalkomleks” Birliyinı saxlanca verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinə əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, habelə barəsində inzibati icraat aparılan şəxsin inzibati orqana ünvanladığı ərizəsini nəzərə alaraq, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 27 qutu olan “X6” markalı, 27 qutu “Parliament Platinum” markalı, 27 qutu “X3” markalı tütün məmulatlarının-siqaretlər müsadirə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-790/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-790/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver