Məhkəmə qərarları › İş №3(003)-792/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-792/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-792/2021 31.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ DYPŞ YNH üzrə baş inspektoru, polis kapitanı X2, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 29 avqust 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kəlbəcər rayonunun Əsrik kəndində qeydiyyatda olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sülh istirahət düşərgəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 327.2 və 332.4-cü maddələri ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 31 may 2021-ci il tarixdə “Mercedes-Benz 220” minik markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binə qəsəbəsində hərəkətdə olduğu zaman Binə qəsəbəsi istiqamətindən düzünə hərəkət edib sola geri dönərkən sağdan hərəkət edən “Priora” minik markalı **-RS-*** dövlət qeydiyyat naşanlı avtomobilə yol verməmiş və nəticədə həmin avtomobillə toqquşmuşdur. Zərbənin gücündən “Priora” minik markalı **-RS-*** dövlət qeydiyyat naşanlı avtomobil yolun kənarında dayanmış “Nissan” minik markalı **-UK-*** dövlət qeydiyyat naşanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər RPİ DYPŞ YNH üzrə baş inspektoru, polis kapitanı X4 tərəfindən 31 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər DYPŞ YNH üzrə baş inspektoru, polis kapitanı X4 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, 31 may 2021-ci il tarixdə “Priora” minik markalı **-RS-*** dövlət qeydiyyat naşanlı avtomobili ilə Binə qəsəbəsində hərəkətdə olduğu zaman Binə qəsəbəsi istiqamətindən düzünə hərəkət edib sola geri dönərkən “Mercedes-Benz 220” minik markalı **-TU-*** dövlət qeydiyyat naşanlı avtomobilə ona yol verməmiş və nəticədə həmin avtomobillə toqquşmuşdur. Zərbənin gücündən yolun sağ hissəsində dayanmış “Nissan” minik markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və nəticədə avtomobilinə maddi ziyan dəymişdir. Məhkəmədən dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və Şəxs barəsində həbslə bağlı olmayan cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 31 may 2021-ci il tarixdə “Mercedes Benz 220” minik markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binə qəsəbəsində Sovxoz istiqamətinə hərəkətdə etdiyi zaman sola geri dönərkən sağdan hərəkət edən “Priora” minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş və nəticədə həmin avtomobillə toqquşmuşdur. Zərbənin gücündən “Priora” minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında dayanmış “Nissan” minik markalı **-UK-*** dövlət qeydiyyat naşanlı avtomobillə toqquşmuşdur. Bu səbəbdən barəsində müvafiq protokol tərtib edilmişdir. Əməlindən peşmandır, özü məcburi köçkün və şəhid ailəsinin üzvüdür. Atası açıq ürək əməliyyatı keçirmiş və hazırda avtomaşın idarə edə bilmir. Hadisə baş verən gün atasına dərman lazım olmuş, dərman almaqdan ötrü atasına məxsus avtomobili sürücülük hüququ olmadan idarə edərək aptekə getmişdir. Həmin vaxt atası da onun yanında avtomıbildə sürücünün yanındakı oturacaqda oturub onunla bərabər aptekə getmişdir. Tələsdiyi üçün ehtiyatsızlıq edərək həmin hadisəni törətmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı onun sığortası ödəyir. Zərərçəkmiş şəxslər bu barədə məlumatlandırılmışlar və müvafiq razılıq əldə edilmişdir. Bütün bunların nəzərə alınmasını və barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edirki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olması iş üzrə tənbehi yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə tənbehi ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərərçəkmiş şəxslərə qərar qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 34, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - 29 avqust 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kəlbəcər rayonunun Əsrik kəndində qeydiyyatda olan akı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sülh istirahət düşərgəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə göndərilsin. Zərərçəkmiş şəxslərə qərar qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar