Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-800/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında protokola əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsindən daxil olmuş 34/013/012455 saylı 16.05.2021-ci il tarixli raporta əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən “Starex” LLC poçt daşıma şirkəti tərəfindən X1 Azərbaycan Respublikasına göndərilən beynəlxalq poçt göndərişləri nəzarətə götürülmüşdür. Elektron qaydada gömrük orqanlarına bəyan edilmiş, 13.04.2021-ci il tarixli **********2 saylı aviaqaima əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Bakı Karqo Terminalı gömrük postuna daxil olmuş poçt bağlamalarına keçirilən gömrük yoxlaması zamanı sifarişçi kimi adı İdrak Süleymanov, Əfqan Fərəcov, Azad Osmanov, Zəka Abbasov, Namiq Cəfərov, Asif Babayev, Eldəniz, Sevdiməliyev, Nəriman Əsgərov, Ümman Novruzbəyli, Sahib Salahov, Kamran Cəbrayılov, Şəxs, Vahid Osmanov, Ramin Kərimov kimi göstərilən (ümumilikdə 14 şəxsin adına gələn 19 ədəd poçt bağlaması) poçt bağlamalarının müşayiət sənədlərində alıcı qismində çıxış olaraq qeyd edilmişdir. Sözügedən yüklərin eyni şəxsə aid olmasına dair əməliyyat məlumatı əldə edildiyindən və poçt bağlamalarının üzərində qeyd olunan ünvanlar və mobil nömrələr eyni olduğundan yuxarıda qeyd olunan aviaqaimə ilə gələn yüklər araşdırma aparılması üçün hal şahidlərinin iştirakı ilə keçirilən yoxlamadan sonra protokol əsasında götürülmüşdür. Araşdırma zamanı poçt bağlamalarının üzərində qeyd olunan mobil nömrə ilə əlaqə saxlanılmış və həmin bağlamaların Azərbaycan Respublikası vətəndaşı Şəxs məxsus olduğu müəyyən edilmişdir. Həmin malların invoys dəyəri 2964,81 ABŞ dolları (15.05.2021-ci il tarixinə olan məzənnəyə əsasən 5040,17 manat) təşkil edir. Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən 31 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, heç bir işi olmadığından işlənmiş komputerlərin alqı-satqısı ilə məşğul olmaq məqsədilə sifariş vermişdir. Poçt göndərişləri ilə bağlı dövlət tərəfindən hər bir nəfərə 300 ABŞ dolları məbləğində gömrük ödənişlərindən azad olunmaqla sifariş vermək hüququ verildiyindən məlumatlı olduğunu, ilk sifarişləri olduğundan təxminən 20 ədədə qədər gətirmək istədiyini, gömrük ödənişlərindən azad olunmaq üçün sifarişlərini qohumlarının və dostlarının adından etmiş, onların isə heç birinin bu hadisədən xəbərlərinin olmadığını qeyd etdi. Əməlindən peşmandır və barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 5040,17 (beş min qırx, on yeddi) manat məbləğinin 30 (otuz) faizi, yəni 1512,05 (bir min beş yüz on iki, beş) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-800/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-800/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver