Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-803/2020 15.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Şəxs (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 482.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən müxtəlif adda malların gömrük dəyərinin aşağı salınaraq, eləcə də bəyan etmədən ölkə ərazisinə daxil olacağı barədə Əməliyyat və Təhqiqat İdarəsınə daxil olmuş əməliyyat məlumatına əsasən gömrük əməkdaşları tərəfindən X1 məxsus olan “X5 Trading LLC” şirkətindən A57378/**********5 nömrəli aviaqaimə əsasında hüquqi ünvanı ünvan 1 mənzil 10 olan Şəxs MMC-nin (VÖEN: **********ünvanına göndərilən və Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixli**********4986 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş 43 yerden ibarət ümumiinvoys dəyəri 72335,70 BƏƏ dirhəmi olan “ekranlı oyunlar üçün konsollar. Ümumi 144 ədəd. 110ədəd pİaystation 32 ədəd jostick və 2 ədəd Game gun for playstation. X2 CO LTD (Çin)” və “mikrofon quraşdırılmış, bluetooth dəstəkli airpod və airdots nişanlı qulaqcıqlar ümumi 455 ədəd./ earohones 5 ədəd airdots nişanlı 300 ədəd İstehsalçıXiaomi Corporation CO ltd, airpod nişanlı - 150 ədəd İstehsalçı: Appİe Corporation” adlı yüklərin yoxlanılması həyata keçirilmişdir. Yoxlama zamanı **********4986 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşyükün içərisindən 60 ədəd “Playstation 4 Pro 1TB” markalı oyun konsolu 50 ədəd “Playstation 4 500GB” markalı oyun konsolu 2 ədəd “X8 Playstation VR AİM Controller Bundle" markalı oyun aksesuarı 32 ədəd “X6 4" markalı jostick 5 ədəd “Playstation Platinum" markalı qulaqcıq 100 ədəd “Airpods” və 50 ədəd “Airpods aro” markalı qulaqcıq 55 ədəd “Mi Airdots” markalı və 245 ədəd “Mi Earbuds" markalı qulaqcıqlar, həmçinin bəyan olunmayan 2 ədəd “XBOX one X 1TB" markalı oyun konsolu aşkar olunmuş hal şahidlərini iştirakı ilə protokol əsasında götürülmüşdür. İnzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar: aparılan araşdırma ilə əlaqədar yuxarıda qeyd olunan mallar əmtəəşünaslıq tədqiqatlarının aparılmasından ötrü Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2723 nömrəli ekspert rəyinə əsasənŞəxs MMC tərəfindən gömrük orqanlarına bəyan olunmayan 2 ədəd oyun konsolunun orta bazar qiyməti ümumilikdə 1900 manattəşkil edir. Bu barədə Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və X4 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/2723 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş Çin istehsalı olan 2 ədəd “XBOX one X 1TB" markalı oyun konsolunun hər birinin qiyməti 950 manat, cəmi 1900 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 1900 (bir min doqquz yüz) manatməbləğininqırxfaizi məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-803/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-803/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver