Məhkəmə qərarları › İş №3(003)-807/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-807/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-807/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında protokola əsasən “Poçt Göndərişləri” gömrük postundan daxil olmuş 19.05.2021-ci il tarixli, 34/020/012799 nömrəli raporta əsasən “xxxx” MMC-nin ünvanına X1 daxil olmuş ***-*******3, ***-*******6, ***-*******3 nömrəli aviaqaimələrlə müşayiət olunan poçt göndərişlərinə dair məlumatların təhlili və onlar barəsində həyata keçirilən gömrük nəzarəti əsnasında bir neçə risk hallarının mövcudluğu barədə şübhələr müəyyən edilmiş və risk qiymətləndirilməsi həyata keçirilmiş, aparılan gömrük baxışı zamanı 35 ədəd bağlamanın bir neçə halda tərkib hissəsini təşkil edən malların oxşar cinsliyi, göndərən mağazaların əksər hallarda eyniliyi və s. İndiqatorlar malların şəxsi istifadə və istehlak məqsədləri üçün nəzərdə tutulmadığı barədə şübhələr formalaşdırmışdır. 19.05.2021-ci il tarixli, 34/020/012799 nömrəli raporta əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsində araşdırma başlanılmışdır. Müvafiq qanunvericiliyə uyğun olaraq keçirilən yoxlama zamanı Şəxs adına ümumilikdə 39 bağlama gəldiyi, bu bağlamaların daşınması “xxxx” MMC və “xxxx” MMC şirkətləri vasitəsilə edildiyi, sifariş edilən bağlamaların kommersiya təyinatlı mallar olduğu aşkar edilmiş və həmin bağlamar araşdırma məqsədilə nəzarə götürülmüşdür. Araşdırma zamanı poçt bağlamalarının üzərində qeyd olunan mobil nömrə ilə əlaqə saxlanılmış və həmin bağlamaların Azərbaycan Respublikası vətəndaşı Şəxs məxsus olduğu müəyyən edilmişdir. Həmin malların invoys dəyəri 2371.36 ABŞ dolları (18.06.2021-ci il tarixinə olan məzənnəyə əsasən 4031,31 manat) təşkil edir. Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən 27 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, aprel ayının 15-dən başlayaraq Volqrins.com və VictoriaSecret.com saytından satış məqsədilə müxtəlif növ kosmetik vasitələr, 02 ədəd ev geyimi, 06 ədəd Secret.com saytından satış məqsədilə müxtəlif növ kosmetik vasitələr, 02 ədəd ev geyimi, 06 ədəd tərlik sifarişlərini “xxxx” və xxxx” daşıyıcı şirkətlər vasitəsilə etmişdir. Bunların hamsını ona məxsus olan bank kart vasitəsi ilə 2371.36 (iki min üç yüz yetmiş bir, otuz altı) ABŞ dolları məbləğində ödəniş etmişdir. Lakin, malları qohum və dostlarının (Rövşən Abasov, Murad Abasov, Şövlə Məmmədova, Abasov Ədalət, Dilavər Mənsumova, Natiq Məmmədli, Ruhiyyə Orucova, Elşad Həsənov, Orxan İbrahimov, Anar Əhmədov, Ramil Teymurov, Arif Əhmədov, İzalə Qurbanova, Günay Niftəliyeva, Bahadır Eyvazov, Murad Əskərov, Elnur Abasov, Rahim Məmmədəliyev, Mehriban Qurbanova, Əzizə Quliyeva) adlarına və öz adına vurmuşdur. Ümumulikdı 39 bağlama gəlmişdir. Bu yolla malları sifariş etməkdə məqsədi malların alınması üçün sertifikatının olmaması olmuşdur. Əməlindən peşmandır və barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 4031,31 (dörd min otuz bir, otuz bir) manat məbləğinin 30 (otuz) faizi, yəni 1210,00 (bir min iki yüz on) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar