Məhkəmə qərarları › İş №3(003)-807/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-807/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-807/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra Şəxs MMC) təsisçisi X2 və müdafiəçisi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı RETSİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 237.1, 275.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1 və 275.1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən hüquqi ünvanı ünvan 2si ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus ( VÖEN: **********) taxta məmulatlar istehsal edən sexdə tullantıların zərərsizləşdirilməsi üçün təmizləyici qurğudan istifadə olunmadığı, Dövlət Ekoloji ekspertizanın rəyi olmadan fəaliyyət göstərdiyi məlum olmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 237.1-ci və 275.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2023-cü il tarixli 78414 saylı akt və fotoşəkillər, qaynar xəttə daxil olmuş məlumatlar və s.ilə təsdiq edilmişdir. Bununla əlaqədar Şəxs MMC barəsində 11 saylı RETSİ-nin məsləhətçi-müfəttişi X10 tərəfindən 17 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 237.1-ci və 275.1.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təsisçisi X6 inzibati xəta haqqında protokolla razı olmadığını bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin vəkili X4 bildirdi ki, inzibati xəta haqqında protokolla razı olmadığını bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı RETSİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ekologiya və təbii sərvətlər nazirliyinin çağırı mərkəzinə X13-xuna bağ massivində yaşayan Rüfət Babayev və Zəhra Babayevanın evin yaxınlığında taxta sexinin fəaliyyət göstərdiyi, iri ağacların kəsib gətirildiyi, səs-küyün və toz-torpağın onları narahat etməsi ilə bağlı şikayət daxil olmuşdur. xx.xx.2023-cü il tarixli 055 saylı sərəncama əsasən şikayət araşdırılmışdır. Araşdırma zamanı şikayətçilərlə əlaqə saxlanılmış və onlar orada taxta sexinin olduğunu, sexin onlara narahatçılıq verdiyini bildirmişlər. Əraziyə baxış keçirilən zaman orada yeşik və digər taxta məmulatların hazırlandığı sexin fəaliyyət göstərdiyi, həyətində çoxlu sayda 60 sm-1 metr ölçüdə doğranmış ağaclar, qeyd olunan sexin Şəxs MMC adlandığı, sexin göstərdiyi ərazi X5 məxsus olması, icarə müqaviləsinə əsasən Şəxs MMC-nin təmsilçisi X3 verildiyi müəyyən edilmişdir. Bundan başqa, müəssisədə monitorinq aparılmış və müəyyən edilmişdir ki, sexin dəzgahlarından ətraf mühitə çıxan toz, ağac yonqarı toz tutucu qurğu olmadan birbaşa ətraf mühitə atılır. X2 iştirakı ilə sexə baxış keçirilmiş, fəaliyyəti zamanı yaranan tullatılar sexin ərazisinin bir hissəsində qalaqlandığı müşahidə olunmuş, S.Allahverdiyev iştirak etsə də yazılı izahat verməkdən imtina etmişdir. Ərazidə çəkilən şəkillər və toplanmış material akta əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şikayətdən görünür ki, xx.xx.2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çağırı mərkəzinə Bakı şəhəri Xəzər rayonu X13xuna bağ massivi sakini Rüfət Babayev tərəfindən “Evin yanıda taxta düzəldən yer var, oradan bir həftədir gələn səs-küy, toz-torpaq narahat edir, yaş ağaclat gətirilib doğranılıq” məzmunda şikayət daxil olmuşdur. İş materiallarına əlavə edilmiş şikayətdən görünür ki, xx.xx.2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çağırı mərkəzinə Bakı şəhəri Xəzər rayonu X13xuna bağ massivi sakini Zəhra Babayeva tərəfindən “216 saylı məktəblə üzbə-üz taxta sexi var, səs-küy narahat edir, iri ağacları kəsib gətirirlər” məzmunda şikayət daxil olmuşdur. İş materiallarına əlavə edilmiş ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ sahəsi 1821 saylı bağ X7nun xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, X7 ilə Şəxs MMC-nin təmsilçisi X6 arasında icarə müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, taxta sexinin fəaliyyət göstərildiyi, iri ağacların kəsildiyi, ağac yonqarı zamanı ətraf mühitə çıxmış tozu və yaranan tullatılar sexin ərazisinin bir hissəsində qalaqlandığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1087 saylı ekspertin vəsatətindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə 27 iyul 2023-cü il tarixdə daxil olmuş 3(003)607/2023 saylı mülki iş üzrə məhkəmə-biolofi ekspertizasının keçirilməsi üçün 17 may 2023-cü il tarixli qərardad daxil olmuşdur. Ekspert qarşısında qoyulmuş sual məhkəmə-biolofi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından 27 iyul 2023-cü il tarixli qərardad icrasız olaraq geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə-vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsinə əsasən dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə - fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1 və 275.1.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 237.1-cii maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 7500 (yeddi min beş yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar