Məhkəmə qərarları › İş №3(003)-81/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-81/2025

11.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-81/2025 11.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Pərviz Aslanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Zərdab rayonu, Aşağı Seyidlər kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 1-ci PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “İveco” markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən qayda pozuntusu etmiş, bu barədə polis əməkdaşları ona bildirərkən o, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qəsdən polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla əlaqədar Şəxs barəsində Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Pərviz Aslanov tərəfindən 11 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Pərviz Aslanov tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “İveco” markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən qayda pozuntusu etmiş, bu barədə polis əməkdaşları ona bildirərkən o, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qəsdən polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bundan sonra polis əməkdaşları onun avtomobilini saxladaraq nəqliyyat vasitəsini duracağa, şəxsin özünü isə polis şöbəsinə gətirmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs əməli etiraf etməyərək məhkəmə iclasında göstərdi ki, 2023-cü il tarixdə də Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 10 gün həbs edilmişdir. xx.xx.2025-ci il tarixdə günorta 12:00 radələrində polis əməkdaşları onun avtomobilini saxlatmışdır. Onun yük avtomobili duracağa aparılmışdır. O, qətiyyən polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Sadəcə olaraq həmin an özünü müdafiə etmək məqsədilə mobil telefonla çəkiliş aparmışdır. Yalnız maşında olan yükü müştərinin gözlədiyini və bu səbəbdən getməsinə icazə verilməsini xahiş eymişdir. Məhkəmə iclasında şahid Bakı şəhər BPİ-nin DYPİ YPXA-nın baş inspektoru X2 ifadəsində göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “İveco” markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən qayda pozuntusu etmiş, bu barədə polis əməkdaşları ona bildirərkən o, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qəsdən polis əməkdaşlarına tabesizlik göstərmişdir. Ona avtomobilin duracağa təmin olunmalı olduğunu bildirdikdə o, etiraz etmişdir. Onlar da məcbur qalıb əraziyə Post Patrul Xidmətinin əməkdaşlarını çağırmışlar. Şəxs həmin vaxt onları telefonu ilə video kameraya çəkmişdir. Daha sonra polis əməkdaşları gəldikdən sonra onu PŞ-nə aparmışlar. Məhkəmədə digər şahid Bakı şəhər BPİ-nin DYPİ YPXA-nın baş inspektoru X3 şahid Y.M.Abbaslının ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiklərini bir daha təsdiq etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-cu maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Ona görə də ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 X1 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar