Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-810/2023 28.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, X11 Rahmanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsindən daxil olan xx.xx.2023-cü il tarixli, 3-33/2-004854/2023 saylı məktuba əlavə edilən materiala əsasən, icraatı tamamlanmış ********* nömrəli cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X5 Aeroportunun “Terminal 1 X7’’ X9 İslam Respublikası vətəndaşı X11 Rahmandan dövlət qeydiyyatından keçməmiş 67 adda dərman vasitələri, 12 adda bioloji fəallığa malik qida əlavələri və 4 adda tibbi vasitələr olmaqla, ümumilikdə gömrük orqanına bəyan olunmamış 83 adda, 1068,50 manat dəyərində mallar aşkar edilərək götürülmüşdür. İstintaq zamanı X11 Rahmandan aşkar olunmuş və gömrük orqanına bəyan olunmamış malların dəyərinin 50000 (əlli min) manatdan aşağı olduğu və şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunmuşdur. X8 Tohid Rahman gömrük sərhədindən keçən zaman 1068,50 manat dəyərindəki malları bəyan etmədiyinə görə əməlində Azərbaycan Respublikası İXM-nin 482-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan, barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti zəruri sənədlərlə birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilmişdir. X11 Rahman barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 00800-00142/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq onlar məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X11 Rahman tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq şöbəsinin böyük müstəntiqi, gömrük xidməti kapitanı X6 tərəfindən icraatında olan ********* saylı cinayət işi üzrə verilmiş sübutların qiymətləndirilməsi haqqında 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X11 Rahmana 07 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs X11 Rahmanın barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 240.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs X11 Rahmanın barəsində Azərbaycan Respublikası CMnin 234.4.2 və 206.3.1-ci maddələri ilə cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs X11 Rahmanın barəsində Azərbaycan Respublikası CM-nin 200-1-ci maddəsinin müvafiq bəndləri ilə cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs X2 aşkar olunmuş psixotrop maddələrə münasibətdə əməlində İXMnin 206-cı maddəsinin tərkib əlamətlərinin olmadığı nəzərə alınmışdır. Təqsirləndirilən şəxs X11 Rahmandan aşkar olunmuş dövlət qeydiyyatından keçməmiş 67 adda 773,50 manat dəyərində dərman vasitələri ilə bağlı əməlində İXM-nin 221.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri mövcud olduğundan hazırki cinayət işindən müvafiq sənədlərin surəti ayrılaraq inzibati xətalar qanunvericiliyinə uyğun tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır. X11 Rahmandan aşkar olunmuş və gömrük orqanına bəyan olunmamış 83 adda 1068,50 manat dəyərində dövlət qeydiyyatından keçməmiş dərman vasitələri, bioloji fəallığa malik qida əlavələri və tibbi vasitələrlə bağlı sonuncunun əməlində 482.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xətalar qanunvericiliyinə uyğun tədbirlər görülməsi üçün hazırki cinayət işindən müvafiq sənədlərin surətinin ayrılaraq faktın aşkar olunduğu gömrük orqanına – Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş əşyanın maddi sübut kimi tanınması haqqında 28 fevral 2023-cü il tarixli qərarın surətindən görünür ki, 16 dekabr 2022-ci il tarixli “yoxlama, əşyaların və sənədin götürülməsi haqqında” protokolla İran İslam Respublikasının vətəndaşı X11 Rahmandan aşkar edilərək götürülmüş: Diclofenac-Najo 1% 60q – 6 ədəd, E-Vigel 400-11 konvalyut, Xenover 120 mg – 14 konvalyut, Famotidine 40 -6 konvalyut, Venustat 120 mg – 11 konvalyut, Naproxen 500 – 9 konvalyut (ağ rəngli kapsul), Naproxen E.C – 6 konvalyut (göy rəngli kapsul), Naproxen 500 Tedaprox – 9 konvalyut (sarımtıl rəngli kapsul), Naproxen 500 – 1 konvalyut (sarı rəngli) olmaqla dərman preparatı, Piroxicam 10-6 konvalyut, Sulfasalazine 500-16 konvalyut (tünd sarı rəngli kapsul), Sulfasalazine 500 50 teblet – 10 konvalyut (açıq narıncı rəngli kapsul), Celexib 200 -15 konvalyut, Pscletone 300 mg 20 tablet – 6 konvalyut, Lamogin 100 50 tablet – 5 konvalyut, Diclotan 50- 5 konvalyut, Atorvastatin 10 – 3 konvalyut, Atorvastatin 20 – 3 konvalyut, Loratadine 10 – 10 konvalyut, Diclofenac Sodium 50 – 8 konvalyut, Diclofenac Potassium 50 – 2 konvalyut, Nisopred 5 – 4 konvalyut, Corizan (Adult Cold) – 5 konvalyut, Nolplaza 40 mg – 4 konvalyut, Prednisolone 50 mg - 2 konvalyut, Voltadec 100 -1 konvalyut, Alfen – XL 100 – 1 konvalyut, Novafen – 1 konvalyut, Diclofenac 100 – 4 konvalyut, Diclofenac 100 – 1 konvalyut, İndomethacin 100 – 2 konvalyut, Folic Acid 1 Mehr Darou – 5 konvalyut, Folic Acid 1 Rouz Darou – 8 konvalyut, Folic Acid 1 mg – 5 konvalyut, Folic Acid 1 mg Gold – hər bir konvalyutda 20 tablet olmaqla 1 konvalyut və kəsik konvalyut şəklində içərisində 10 tablet (ümumilikdə 30 tablet), Folic Acid 1 – Shafa – 5 konvalyut, Folic Acid contains 1 mg – hər bir konvalyutda 20 tablet olmaqla 5 konvalyut və kəsik konvalyut şəklində içərisində 10 tablter (ümumilikdə 110 tablet), İbuprofen 400 mg - 3 konvalyut, İbuprofen 400 mg Darou Pakhsh - 4 konvalyut, İbuprofen 400 mg ouz Darou - 3 konvalyut, D-Vigel 50000 Vitamin D3 – hər bir konvalyutda 20 tablet olmaqla 10 konvalyut və 1 ədəd kəsik konvalyut şəklində içərisində 6 tablet (ümumilikdə 206 tablet), D-Vitin 50000 Vitamin D3 – hər bir konvalyutda 20 tablet olmaqla, kəsik konvalyut şəklində içərisində 45 tablet, üzərində Methyl Salicylate adı yazılmış maz – 4 ədəd, üzərində Triamcinolone Acetonide adı yazılmış maz – 2 ədəd, üzərində XeroVit adı yazılmış maz – 2 ədəd, üzərində Clobetasol adı yazılmış maz - 1 ədəd, üzərindı Trilotop N.N adı yazılmış maz – 1 ədəd, ESCitover 10 30 tablets – 3 konvalyut, Dura-Medrol 40 1 ml – 7 ədəd şüşə flakon, Betamethasone 4 mg/1 ml – 2 ədəd şüşə flakon, Vitamin D 3 (Cholecalciferol) İ.U./1 ml – 2 ədəd şüşə flakon, Vitamin D3 300000 İ.U./1 ml – 8 ədəd şüşə flakon, Vitamin Sunvit D3 300000İ.U./ 1 ml- 17 ədəd şüşə flakon, Ketoral-Exir 30 mg/ml- 5 ədəd şüşə flakon, Dexamethasone 8 mg / 2 ml – 12 ədəd şüşə flakon, Ketorolac 30 mg/1 ml – 19 ədəd şüşə flakon, Lopirox Piroxicam 20 mg/ml- 29 ədəd şüşə flakon, Alpex Piroxican 20 mg/ml – 4 ədəd şüşə flakon, Rocamix Piroxicam 20 mg/ml – 18 ədəd şüşə flakon, Triamcinolone 40 – Exir 40 mg/ml - 6 şüşə flakon, X1 40 mg/ml – 3 şüşə flakon, Methylprednisolone Acetate 40 mg/ml – 15 şüşə flakon, Betamethasone 1 ml – 10 şüşə flakon, Betamethasone 4 mg /ml – 19 şüşə flakon olmaqla ümumilikdə 67 adda 773,50 manat dəyərində dövlət qeydiyyatından keçməmiş dərman vasitələri və 16 dekabr 2022-ci il tarixli “yoxlama, əşyaların və sənədin götürülməsi haqqında” protokolla İran İslam Respublikasının vətəndaşı X11 Rahmandan aşkar edilərək götürülmüş bioloji fəallığa malik qida əlavəsi kimi ekspertizadan keçirilməmiş İmmunace məhlul 200 ml şüşə flakon, Hair-vit kapsul, Prostavit kapsul, Amivital kapsul (Multivitamin Mineral), Biotixin tablet, Meno-avert, Omega-3 kapsul, C vitamin C 500 effersant tablet, Candy Eucalyptus tablet, Prostatan, Adizan adult cold, Exacold adult cold tablet olmaqla 12 adda vasitə və tibbi vasitə kimi ekspertizadan keçirilməmiş Tony steril iynə uzun (X3 Appliance iynələri də daxildir), Tony steril iynə qısa, Sinogel steril iynə olmaqla 4 adda vasitələr maddi sübut kimi tanınmışdır. Maddi sübutların – qanunvericiliklə müəyyən olunmuş standartlara və şərtlərə uyğun olmadığından məhv, yaxud dövlət nəfinə müsadirə edilməsi ilə bağlı inzibati xətaya dair işə baxacaq olan məhkəmənin yekun qərarınadək hazırda saxlanıldıqları yerdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminatkompleks” Birliyinin anbarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X5 Aeroportunun “Terminal 1 X7’’ X9 İslam Respublikası vətəndaşı X11 Rahmandan dövlət qeydiyyatından keçməmiş- Diclofenac-Najo 1% 60q – 6 ədəd, E-Vigel 400-11 konvalyut, Xenover 120 mg – 14 konvalyut, Famotidine 40 -6 konvalyut, Venustat 120 mg – 11 konvalyut, Naproxen 500 – 9 konvalyut (ağ rəngli kapsul), Naproxen E.C – 6 konvalyut (göy rəngli kapsul), Naproxen 500 Tedaprox – 9 konvalyut (sarımtıl rəngli kapsul), Naproxen 500 – 1 konvalyut (sarı rəngli) olmaqla dərman preparatı, Piroxicam 10-6 konvalyut, Sulfasalazine 500-16 konvalyut (tünd sarı rəngli kapsul), Sulfasalazine 500 50 teblet – 10 konvalyut (açıq narıncı rəngli kapsul), Celexib 200 -15 konvalyut, Pscletone 300 mg 20 tablet – 6 konvalyut, Lamogin 100 50 tablet – 5 konvalyut, Diclotan 50- 5 konvalyut, Atorvastatin 10 – 3 konvalyut, Atorvastatin 20 – 3 konvalyut, Loratadine 10 – 10 konvalyut, Diclofenac Sodium 50 – 8 konvalyut, Diclofenac Potassium 50 – 2 konvalyut, Nisopred 5 – 4 konvalyut, Corizan (Adult Cold) – 5 konvalyut, Nolplaza 40 mg – 4 konvalyut, Prednisolone 50 mg - 2 konvalyut, Voltadec 100 -1 konvalyut, Alfen –XL 100 – 1 konvalyut, Novafen – 1 konvalyut, Diclofenac 100 – 4 konvalyut, Diclofenac 100 – 1 konvalyut, İndomethacin 100 – 2 konvalyut, Folic Acid 1 Mehr Darou – 5 konvalyut, Folic Acid 1 Rouz Darou – 8 konvalyut, Folic Acid 1 mg – 5 konvalyut, Folic Acid 1 mg Gold – hər bir konvalyutda 20 tablet olmaqla 1 konvalyut və kəsik konvalyut şəklində içərisində 10 tablet (ümumilikdə 30 tablet), Folic Acid 1 – Shafa – 5 konvalyut, Folic Acid contains 1 mg – hər bir konvalyutda 20 tablet olmaqla 5 konvalyut və kəsik konvalyut şəklində içərisində 10 tablter (ümumilikdə 110 tablet), İbuprofen 400 mg - 3 konvalyut, İbuprofen 400 mg Darou Pakhsh - 4 konvalyut, İbuprofen 400 mg ouz Darou - 3 konvalyut, D-Vigel 50000 Vitamin D3 – hər bir konvalyutda 20 tablet olmaqla 10 konvalyut və 1 ədəd kəsik konvalyut şəklində içərisində 6 tablet (ümumilikdə 206 tablet), D-Vitin 50000 Vitamin D3 – hər bir konvalyutda 20 tablet olmaqla, kəsik konvalyut şəklində içərisində 45 tablet, üzərində Methyl Salicylate adı yazılmış maz – 4 ədəd, üzərində Triamcinolone Acetonide adı yazılmış maz – 2 ədəd, üzərində XeroVit adı yazılmış maz – 2 ədəd, üzərində Clobetasol adı yazılmış maz - 1 ədəd, üzərindı Trilotop N.N adı yazılmış maz – 1 ədəd, ESCitover 10 30 tablets – 3 konvalyut, Dura-Medrol 40 1 ml – 7 ədəd şüşə flakon, Betamethasone 4 mg/1 ml – 2 ədəd şüşə flakon, Vitamin D 3 (Cholecalciferol) İ.U./1 ml – 2 ədəd şüşə flakon, Vitamin D3 300000 İ.U./1 ml – 8 ədəd şüşə flakon, Vitamin Sunvit D3 300000İ.U./ 1 ml- 17 ədəd şüşə flakon, Ketoral-Exir 30 mg/ml- 5 ədəd şüşə flakon, Dexamethasone 8 mg / 2 ml – 12 ədəd şüşə flakon, Ketorolac 30 mg/1 ml – 19 ədəd şüşə flakon, Lopirox Piroxicam 20 mg/ml- 29 ədəd şüşə flakon, Alpex Piroxican 20 mg/ml – 4 ədəd şüşə flakon, Rocamix Piroxicam 20 mg/ml – 18 ədəd şüşə flakon, Triamcinolone 40 – Exir 40 mg/ml - 6 şüşə flakon, X1 40 mg/ml – 3 şüşə flakon, Methylprednisolone Acetate 40 mg/ml – 15 şüşə flakon, Betamethasone 1 ml – 10 şüşə flakon, Betamethasone 4 mg /ml – 19 şüşə flakon olmaqla, ümumilikdə 67 adda dərman vasitələri və bioloji fəallığa malik qida əlavəsi kimi ekspertizadan keçirilməmiş İmmunace məhlul 200 ml şüşə flakon, Hair-vit kapsul, Prostavit kapsul, Amivital kapsul (Multivitamin Mineral), Biotixin tablet, Meno-avert, Omega-3 kapsul, C vitamin C 500 effersant tablet, Candy Eucalyptus tablet, Prostatan, Adizan adult cold, Exacold adult cold tablet olmaqla 12 adda vasitə və tibbi vasitə kimi ekspertizadan keçirilməmiş Tony steril iynə uzun (X3 Appliance iynələri də daxildir), Tony steril iynə qısa, Sinogel steril iynə olmaqla 4 adda vasitələr, ümumilikdə gömrük orqanına bəyan olunmamış 83 adda, 1068,50 manat dəyərində mallar aşkar olunmuş və 16 dekabr 2022-ci il tarixli “yoxlama, əşyaların və sənədin götürülməsi haqqında” protokolla həmin mallar götürülmüşdür. Sözügedən mallar maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarınadək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminatkompleks” Birliyinin anbarında saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, X11 Rahmandan aşkar edilərək götürülmüş ümumilikdə 92 adda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri, biloji fəallığa malik qida əlavələri və tibbi vasitələrin 16 dekabr 2022-ci il tarixə olan ümumi dəyəri 1196,01 manat təşkil edir. Qeyd olunan vasitələrin içərisində X11 Rahmana cinayət işi üzrə elan olunmuş ittiham üzrə maddi sübut kimi tanınmış və dəyəri 127,51 manat təşkil edən psixotrop və güclü təsir edən tərkibli dərman vasitələri çıxdıqda, hazırki inzibati xətanın predmeti olan aşkar edilərək götürülmüş malların ümumi dəyəri 1068,50 manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. X11 Rahmandan aşkar olunmuş gömrük orqanına bəyan olunmamış dövlət qeydiyyatından keçməmiş dərman vasitələri, bioloji fəallığa malik qida əlavələri və tibbi vasitələrin dəyəri 50000 manatdan aşağı, 1068,50 manat təşkil etdiyindən onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə X11 Rahmanın əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, X11 Rahman barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ X11 Rahman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminatkompleks” Birliyinin anbarında saxlanılan Diclofenac-Najo 1% 60q – 6 ədəd, E-Vigel 400-11 konvalyut, Xenover 120 mg – 14 konvalyut, Famotidine 40 -6 konvalyut, Venustat 120 mg – 11 konvalyut, Naproxen 500 – 9 konvalyut (ağ rəngli kapsul), Naproxen E.C – 6 konvalyut (göy rəngli kapsul), Naproxen 500 Tedaprox – 9 konvalyut (sarımtıl rəngli kapsul), Naproxen 500 – 1 konvalyut (sarı rəngli) olmaqla dərman preparatı, Piroxicam 10-6 konvalyut, Sulfasalazine 500-16 konvalyut (tünd sarı rəngli kapsul), Sulfasalazine 500 50 teblet – 10 konvalyut (açıq narıncı rəngli kapsul), Celexib 200 -15 konvalyut, Pscletone 300 mg 20 tablet – 6 konvalyut, Lamogin 100 50 tablet – 5 konvalyut, Diclotan 50- 5 konvalyut, Atorvastatin 10 – 3 konvalyut, Atorvastatin 20 – 3 konvalyut, Loratadine 10 – 10 konvalyut, Diclofenac Sodium 50 – 8 konvalyut, Diclofenac Potassium 50 – 2 konvalyut, Nisopred 5 – 4 konvalyut, Corizan (Adult Cold) – 5 konvalyut, Nolplaza 40 mg – 4 konvalyut, Prednisolone 50 mg - 2 konvalyut, Voltadec 100 -1 konvalyut, Alfen – XL 100 – 1 konvalyut, Novafen – 1 konvalyut, Diclofenac 100 – 4 konvalyut, Diclofenac 100 – 1 konvalyut, İndomethacin 100 – 2 konvalyut, Folic Acid 1 Mehr Darou – 5 konvalyut, Folic Acid 1 Rouz Darou – 8 konvalyut, Folic Acid 1 mg – 5 konvalyut, Folic Acid 1 mg Gold – hər bir konvalyutda 20 tablet olmaqla 1 konvalyut və kəsik konvalyut şəklində içərisində 10 tablet (ümumilikdə 30 tablet), Folic Acid 1 – Shafa – 5 konvalyut, Folic Acid contains 1 mg – hər bir konvalyutda 20 tablet olmaqla 5 konvalyut və kəsik konvalyut şəklində içərisində 10 tablter (ümumilikdə 110 tablet), İbuprofen 400 mg - 3 konvalyut, İbuprofen 400 mg Darou Pakhsh - 4 konvalyut, İbuprofen 400 mg ouz Darou - 3 konvalyut, D-Vigel 50000 Vitamin D3 – hər bir konvalyutda 20 tablet olmaqla 10 konvalyut və 1 ədəd kəsik konvalyut şəklində içərisində 6 tablet (ümumilikdə 206 tablet), D-Vitin 50000 Vitamin D3 – hər bir konvalyutda 20 tablet olmaqla, kəsik konvalyut şəklində içərisində 45 tablet, üzərində Methyl Salicylate adı yazılmış maz – 4 ədəd, üzərində Triamcinolone Acetonide adı yazılmış maz – 2 ədəd, üzərində XeroVit adı yazılmış maz – 2 ədəd, üzərində Clobetasol adı yazılmış maz - 1 ədəd, üzərindı Trilotop N.N adı yazılmış maz – 1 ədəd, ESCitover 10 30 tablets – 3 konvalyut, Dura-Medrol 40 1 ml – 7 ədəd şüşə flakon, Betamethasone 4 mg/1 ml – 2 ədəd şüşə flakon, Vitamin D 3 (Cholecalciferol) İ.U./1 ml – 2 ədəd şüşə flakon, Vitamin D3 300000 İ.U./1 ml – 8 ədəd şüşə flakon, Vitamin Sunvit D3 300000İ.U./ 1 ml- 17 ədəd şüşə flakon, Ketoral-Exir 30 mg/ml- 5 ədəd şüşə flakon, Dexamethasone 8 mg / 2 ml – 12 ədəd şüşə flakon, Ketorolac 30 mg/1 ml – 19 ədəd şüşə flakon, Lopirox Piroxicam 20 mg/ml- 29 ədəd şüşə flakon, Alpex Piroxican 20 mg/ml – 4 ədəd şüşə flakon, Rocamix Piroxicam 20 mg/ml – 18 ədəd şüşə flakon, Triamcinolone 40 – Exir 40 mg/ml - 6 şüşə flakon, X1 40 mg/ml – 3 şüşə flakon, Methylprednisolone Acetate 40 mg/ml – 15 şüşə flakon, Betamethasone 1 ml – 10 şüşə flakon, Betamethasone 4 mg /ml – 19 şüşə flakon olmaqla, ümumilikdə 67 adda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri və bioloji fəallığa malik qida əlavəsi kimi ekspertizadan keçirilməmiş İmmunace məhlul 200 ml şüşə flakon, Hair-vit kapsul, Prostavit kapsul, Amivital kapsul (Multivitamin Mineral), Biotixin tablet, Meno-avert, Omega-3 kapsul, C vitamin C 500 effersant tablet, Candy Eucalyptus tablet, Prostatan, Adizan adult cold, Exacold adult cold tablet olmaqla 12 adda vasitə və tibbi vasitə kimi ekspertizadan keçirilməmiş Tony steril iynə uzun (X3 Appliance iynələri də daxildir), Tony steril iynə qısa, Sinogel steril iynə olmaqla 4 adda vasitələr, ümumilikdə 83 adda mallar müsadirə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-810/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-810/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver