Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-810/2024 10.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00800/01262 saylı inzibati xəta haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X8 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00800- 00779/23 nömrəli inzibati tənbeh vermə haqqında protokol və həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, 00800/01262 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi və başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsi xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00800-00779/23 nömrəli inzibati tənbeh vermə haqqında protokol və həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, 00800/01262 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinib, 494 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarı xx.xx.2024-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən imza etməklə almışdır. Hesab edir ki, qeyd olunan qərar əsasızdır. Belə ki, qohumu X6 **********66655/**********00474 İMEİ kodlu 14454 manat dəyərində 1 ədəd “İphone 14 plus 128 GB” markalı mobil telefon almışdır. Həmin İMEİ kodlu telefona görə X4 00800/00840 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinib, 578 manat məbləğində cərimə olnmuş və o, cəriməni tam olaraq ödəmişdir. Qeyd edir ki, qohumum Leyla xanıma telefonu hədiyyə olaraq o aldığından rəsmiləşdirmə zamanı ona kömək etmişdir. Daha sonra ona məlum olmuşdur ki, eyni İMEİ kodlu eyni telefona görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və cərimə olunmuşdur. Məsələni araşdırmaq üçün Bakı şəhəri, Xəzər rayonu, H.Əliyev adına X10 yerləşən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraicət etdikdə texniki səhv olduğunu, lakin sistemdə yerləşdirildiyindən yalnız məhkəmə yolu ilə cərimənin silinməsinin mümkün olduğunu bildirmişlər. Məhkəmə iclasında X8 şikayətini müdafiə edərək şikayətinin məzmununa oxşar izahat verərək onun təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X7 şikayətin təmin olunmasına etiraz etməyərək izahatında bildirdi ki, ikinci ərizədə telefonun İMEİ kodu göstərilmədiyindən həmin telefonun X5 məxsus olması hesab edilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, həmin telefon Leyla Mehtiyevanın adına gələn telefon olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00800/01262 saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00800/01262 saylı inzibati xəta haqqında qərarına əsasən X8 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli 00800-00779/23 nömrəli protokola və inzibati xəta haqqında işin digər materialları əsasında X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 494 manatı miqdarında inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X8 1 ədəd “İphone 14 plus 128 GB” markalı mobil telefonu gömrük sərhəddindən keçirərkən gömrük orqanına bəyan etməmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/00840 saylı inzibati xəta haqqında qərarına əsasən X6 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli 00800-00381/23 nömrəli protokola və inzibati xəta haqqında işin digər materialları əsasında X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 578 manatı miqdarında inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X6 1 ədəd “İphone 14 plus 128 GB” markalı mobil telefonu gömrük sərhəddindən keçirərkən gömrük orqanına bəyan etməmişdir. İşin araşdırılmış hallarından görünür ki, X6 tərəfindən 1 ədəd “İphone 14 plus 128 GB” markalı mobil telefon Azərbaycan Respublikasının ölkə hüdudlarına gətirilən zaman gömrük sərhəddindən keçirərkən gömrük orqanına bəyan etməməsi səbəbindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 578 manatı miqdarında inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. Bundan sonra isə Leyla Mehtiyevanın qohumu olan iş üzrə şikayətçi X8 həmin telefonla bağlı gömrük orqanına müraciət etməsi səbəbindən onun da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 494 manat miqdarında inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən hazırki iş üzrə müəyyən olunur ki, X8 barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsaslar mövcud olmamışdır. Belə ki, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin edilməli, onun Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00800/01262 saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00800/01262 saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-810/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-810/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver