Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-812/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inziabti xəta haqqında protokol tərtib olunan şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin barəsində barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 497-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2020-ci il tarixində netto çəkisi 103.0 kq, gömrük dəyəri 144023,40 AZN olan və Qazaxıstan Respublikasına göndərilən “Geodezik elektron taxeometrlər” adlı yükü **********4386 nömrəli gömrük bəyannaməsi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirmişdir. Yükün bir hissəsi (gömrük dəyəri 83404,28 AZN) xx.xx.2020-ci il tarixində **********6496 saylı gömrük bəyannaməsi əsasında təkrar idxal edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı, şirkət tərəfindən yükün xx.xx.2023-cü il tarixinə qədər geriyə qaytarılması barədə öhdəlik götürülmüşdür. Lakin müddət başa çatmasına baxmayaraq, yük Şəxs MMC tərəfindən müəyyən olunmuş müddətdə geriyə qaytarılmamışdır. Bununla əlaqədar Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsi ilə 00800- 00156/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 göstərdi ki, o, 2017-ci ildən Şəxs MMC-də maliyyə meneceri vəzifəsində çalışır. Şəxs MMC xx.xx.2020-ci il tarixində netto çəkisi 103.0 kq, gömrük dəyəri 144023,40 AZN olan “Geodezik elektron taxeometrlər” adlı yükü **********4386 nömrəli gömrük bəyannaməsi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirmişdir. Yük emal üçün Qazaxıstan Respublikasına göndərilmişdir. Yükün bir hissəsi (gömrük dəyəri 83404,28 AZN) xx.xx.2020-ci il tarixində **********6496 saylı gömrük bəyannaməsi əsasında təkrar idxal edilmişdir. Şirkətin götürdüyü öhdəliyə əsasən, qalan yük xx.xx.2023-cü il tarixinə qədər geriyə qaytarılmalı idi. Lakin, göstərilən **********4386 saylı YGB ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yük emal prosesi başa çatmadığı üçün müəyyən olunmuş müddətdə, yəni xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikasının gömrük ərazisinə geri qaytarılmamış və yaxud başqa gömrük proseduru altında yerləşdirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs MMC-nin nümayəndəsinin 07 aprel 2023-cü il tarixli izahatından görünür ki, Şəxs MMC xx.xx.2020-ci il tarixində netto çəkisi 103.0 kq, gömrük dəyəri 144023,40 AZN olan “Geodezik elektron taxeometrlər” adlı yükü **********4386 nömrəli gömrük bəyannaməsi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirmişdir. Yük emal üçün Qazaxıstan Respublikasına göndərilmişdir. Yükün bir hissəsi (gömrük dəyəri 83404,28 AZN) xx.xx.2020-ci il tarixində **********6496 saylı gömrük bəyannaməsi əsasında təkrar idxal edilmişdir. Şirkətin götürdüyü öhdəliyə əsasən, qalan yük xx.xx.2023-cü il tarixinə qədər geriyə qaytarılmalı idi. Lakin, göstərilən **********4386 saylı YGB ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yük emal prosesi başa çatmadığı üçün müəyyən olunmuş müddətdə, yəni xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikasının gömrük ərazisinə geri qaytarılmamış və yaxud başqa gömrük proseduru altında yerləşdirilməmişdir. Beləliklə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 50% (əlli faiz) məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 497-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 60619 manat məbləğinin əlli faizi məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-812/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-812/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver