Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-813/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Şəxs ASC – nin nümayəndəsi X1 iştirakı ilə Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/21027/2023 saylı məktubu ilə tələb edilən məlumat və sənədləri (ASC-nin illik hesabatları, mühasibat balansı, nizamnaməsi, səhmdarların reyestri, səhmdarların ümumi yığıncaqlarının protokolları, aidiyyəti şəxslərlə bağlanılan əqdlər, həmçinin C.Məmmədovun ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması barədə məlumat) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixli, EP N-0087067 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs ASC – nin nümayəndəsi X2 inzibati xəta haqqında protokolda qeyd olunanları etiraf edərək, Şəxs ASC – nin barəsində yüngül inzibati tənbeh cəzasının təyin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmalarına baxmayaraq onlar məhkəmə iclasında öz nümayəndələrinin iştarını təmin etməmiş və ya işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Şəxs ASC – nin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şüşəplastmas” Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/21027/2023 saylı məktubu ilə tələb edilən məlumat və sənədləri göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cumaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib,1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-813/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-813/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver