Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-814/2021 05.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin polis sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, Əqasımzadə küçəsi, ev 72, mənzil 61 qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin polis sahə inspektoru, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 27.05.2021-ci il tarixdə Bakı şəhəri Ə.Qarayev küçəsində YPX-nin əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin polis sahə inspektoru, polis mayoru X2 protokolda yazılanları təsdiq edərək bildirmişdir ki, Bakı şəhəri BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının patrul xidməti inspektoru polis serjantı Emin Abbasov və polis kiçik serjantı Allahverdi Paşayevin 27.05.2021-ci il tarixdə tərtib etdikləri raporta əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilib, əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül inizbati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə proses iştirakılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, Bakı şəhəri BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının patrul xidməti inspektoru polis serjantı Emin Abbasov və polis kiçik serjantı Allahverdi Paşayevin 27.05.2021-ci il tarixdə tərtib etdikləri raportda qeyd edilmişdir ki, xidmətdə olduqları zaman təxminən 21:50 radələrində Xəzər rayonu Mərədkan qəsəbəsi Ə.Qarayev küçəsində “Mersedes benz” markalı **-OZ-*** nömrə nişanlı sürücüsü yolun hərəkət hissəsində dayanaraq digər avtomobillə söhbət edərək, yolun gediş-gəlişinə mane olmuş, Yol hrəkəti haqqında qanunun 37.1.2.12-ci bəndni rəhbər tutaraq ona işarə verilmiş, həmən sürcü işarəni qəbul edərək, avtomobili hərəkətə gətirərkən Yol hrəkəti haqqında qanunun 42-ci maddəsinin 1-ci bəndnin tələblərini pozmuşdur. DİN-nin 25 saylı qərarının tələblərinə uyğun olaraq ona yaxınlaşaraq sənədləri tələb edilmiş, lakin sənələri verməkdən imtina etmişdir. Ona qayda pozuntusu izah olunmuş, lakin sürücü qətiyyətlə polisin tələblərinə əməl etməkdən boyun qaçırmış və nalayiq ifadələr işlədərək, əl-qol hərəkətləri icraatın aparılmasına mane olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyət yaradır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onu nizam-intizama dəvət etməklə bağlı polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxs törətdiyi əməldən səmimi peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, yaşını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab etdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-814/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-814/2021
05.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver