Məhkəmə qərarları › İş №3(003)-815/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-815/2021

05.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-815/2021 05.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Dövlət X8 baş inspektoru Əli Xəlilovun iştirakları ilə, xx.xx.1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu Darquba kəndində qeydiyyatda olan və Bakı şəhəri Südçülk Sovxozunda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Xəzər rayon Polis İdarəsininin Dövlət X7 daxil olmuş 21.05.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 12.04.2021-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi «Nissan Sunny» minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xəzər rayonu Binə istiqamətindən Suraxanı istiqamətinə doğru hərəkətdə olarkən avtomobillər idarəetməni itirib yolun kənarında olan dəmir borulara vurmuş nəticədə X3 xəsarət yetirmişdir. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Dövlət X8 inspektoru Əli Xəlilov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, 12 aprel 2021-ci il tarixdə idarə etdiyi “Nissan Sunny” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binə qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində gedən tək zolaqlı iki tərəfli avtomobil yolu ilə saatda 80 kilometr sürətlə hərəkət edirdi. Həmin vaxt qarşı tərəfdən əks istiqamətdə gələn nömrəsini görə bilmədiyi “VAZ- 21015” markalı avtomobil idarə etdiyi avtomobilin üzərinə gəldi və o toqquşmanın qarşısını almaq üçün idarə etdiyi avtomobili sağa çəkmişdir. Bundan sonra idarə etdiyi avtomobil yolun sağ kənarında olan qumluğa çıxdı və o idarəetməni itirdi. İdarəetməni itirdikdən sonra içərisində olduğu avtomobil sola əks hərəkət istiqamətinə yönəldi və yolu keçib sol tərəfdə yoldan 2-3 metr kənarda olan borulara bir neçə dəfə dəyərək dayandı. Həmin vaxt avtomobilin içərisində ondan başqa həyat yoldaşı X4 var idi. Nuranənin üzündən xəsarət aldığını görüb o onu dərhal avtomobildən çıxarıb yoldan keçən bir maşınla Sabunçu xəstəxanasına apardı. Xəstəxanada Nuranəyə ilk tibi yardım göstərildikdən sonra onu evə gətirib, özü hadisə yerinə qayıtdı. Hadisə yerinə sonradan köməyə gələn dostları ilə birlikdə idarə etdiyi avtomobili yolun kənarından itələyib yola çıxartmışdır. Bundan sonra polis və sığorta əməkdaşları hadisə yerinə gəldiş Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 12 may 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından soncunun İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nə göndərilmişdir. 21.05.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12.04.2021-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi «Nissan Sunny» minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xəzər rayonu Binə istiqamətindən Suraxanı istiqamətinə doğru hərəkətdə olarkən avtomobillər idarəetməni itirib yolun kənarında olan dəmir borulara vurmuş nəticədə X3 xəsarət yetirmişdir. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir; sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 12.04.2021-ci il tarixli 1/529 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəxs alkoqol qəbulu əlamətləri müəyyən edilməmişdir; sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 13.04.2021-ci il tarixli 1/1009 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəxs psixortop və digər güclü təsir edən maddələrdən istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti müəyyən edilmişdir; MTE və PA ETT birliyinin Xəzər rayon şöbəsinin 20.04.2021-ci il tarixli 343 saylı rəyindən görünür ki, Şəxs sağlamlığa zərər vurulmayan bədən xəsarəti alımışdır; MTE və PA ETT birliyinin Xəzər rayon şöbəsinin 20.04.2021-ci il tarixli 343 saylı rəyindən görünür ki, X1 qısa müddətə pozulmasına səbəb olduğuna görə yüngül dərəcəli zərərvurmaya aid edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, ailəli olmasını, himayəsində iki azyaşlı övladının olmasını, ailənin tək gəlir gətirən şəxsi olmasını, (İXM 32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar