Məhkəmə qərarları › İş №3(003)-817/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-817/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-817/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Xəzər rayon Məhkəməsini hakimi Hüseynli Hüseyn İnanc oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17629397 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17980949 saylı və xx.xx.2023-cü il tarixli, EQ 17988035 saylı inzibati tənbeh vermə barədə qərarlarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, EQ 17629397 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17980949 saylı və xx.xx.2023-cü il tarixli, EQ 17988035 saylı inzibati tənbeh vermə barədə qərarlarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onu tamamlamaq mümkün olmayacağından şikayət geri qaytarılmalıdır. Belə ki, X3 şikayət ərizəsində onun barəsində qəbul edilmiş üç inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh vermə haqqında müxtəlif qərarlardan (hazırkı iş üzrə 3 qərardan) bir şikayət ərizəsində əks olunmaqla şikayət vermək imkanı nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17629397 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17980949 saylı və xx.xx.2023-cü il tarixli, EQ 17988035 saylı inzibati tənbeh vermə barədə qərarlarının ləğv edilməsinə dair şikayət ərizəsi geri qaytarılmalı və X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra səlahiyyətli orqanın (vəzifəli şəxsin) qəbul etdiyi qərarlardan ayrı- ayrılıqda (hər bir qərara münasibətdə) təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17629397 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17980949 saylı və xx.xx.2023-cü il tarixli, EQ 17988035 saylı inzibati tənbeh vermə barədə qərarlarının ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılsın. X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan apellyasiya şikayəti və protesti verilə bilməz. Hakim Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar